15 C
Baku
Saturday, April 20, 2024

Banklarda problemli kreditlərin yığılması işinin effektiv təşkili və idarə edilməsi

Problemli kreditlərin geri qaytarılması özlüyündə bir çox amillərdən asılıdır. Belə amillərə müştərinin maliyyə vəziyyəti, kreditin verilmə şərtləri, müştərinin bankla olan münasibətləri və s. Misal göstərmək olar. Lakin burada əsas amil  heç şübhəsiz ki, Bankda problemli kreditlərin yığılması işinin təşkili və effektiv idarə edilməsidir.

Bankda Problemli kreditlərin yığılması işinin təşkili  aşağıda göstərilən məsələlərin həllini özündə birləşdirməlidir:

  • Pre kollekşn mərhələsi – Kredit eksperltəri tərəfindən gecikməyə düşən müştərilərə xatırlatma məzmunlu zəngləri və bu zənglərlə yanaş kredit verilərkən müştərinin təqdim etdiyi nömrə və ünvanların doğru olub olmamasının yoxlanması eləcə də çatışmayan məlmuatların toplanması işinin təşkili
  • Soft kollekşn – məlumatların tam və oxunaqlı formada kollektorlara ötürülməsi, müştəri ilə bilavasitə təmasda olmadan müştərinin borcu ödəməyə cəlb ediməsi, müştərinin davranışı əsasında onun psioloji tipinin müəyyələnşdirilməsi, onun maliyyə imkanlarının qiymətləndirilməsi,

Növbəti mərhələdə kollekşn həyata keçirəcək əməkdaşlra zəruri olacaq qeydlərin toplanması və ötürülməyə hazırlanması işinin təşkili

  • Hard kollekşn – daha öncəki kollektorlar tərəfindən təqdim edilmiş məlumatlar əsasında müştəri ilə danışıq ssenarisinin seçilməsi, restruktur imkanlarının müəyyənləşdirilməsi, müştərinin psixoloji tipinə uyğun olaraq ünvana ziyarət zamanı yarana biləcək risklərin qiymətləndirilməsi və önləyici tədbirləin görülməsi, müştərinin iş yeri və gəlir dövriliy barədə məlumatların toplanamsı Işinin təşkili
  • Leqal kollekşn – müştərinin məhkəmədən və icra orqanlarına nə dərəcədə ehtiyatla yanaşmasını bilərək, ona hansı tədbirlər kompleksinin daha təsirli ola biləcəyinin müəyyələnşidirilməsi, paralele məhkəmə proselərinin olub olmamasının aydınlaşdırılması, əmək haqqına yönəltmə ölkədənə çıxışa məhdudiyyət və s icra tədbirlərinin təsir dərəcəsinin proqnozlaşdırlması, icra məmuru ilə operativ birgə fəaliyyət planının işlnməsi, icra işinin dayanıdırlması və s. Güzəşt mexanizmlərindən istifadə işinin təşkili
  • Düzgün motivasiya sisteminin qurulması

Təminatsız kreditlərdə – biliavasitə yığımdan asılı

Təminatlı kreditlərdə  – təminatın reallaşdırılmasından və yığımdan asılı

Leqal kollekşnda – məhkəmə qərarlarının icraya getmə müddəti, icra qiymətləndirmə və hərrac subyektləri ilə operativ işini təşkilindən asılı

Kənar kollektor şirkətlərinin xidmətindən istifadə edildikdə – kənar kollektorun yığım nəticələrindən asılı olaraq.

    Problemli kreditlərin yığılması işinin effektiv təşkil edilib edilməməsini müəyyənləşdirmək üçün dövri olaraq qiymtələndirmə və təhlillər aparılmaldır. Təhlillər obyektiv və real ölçülə bilən meyarlar əsasında aparılmalıdır:

Soft kollekşn üzrə ölçmələr – zəng və smslərin yığılan borclara nisbəti, gündəlik zəng sayı, gündəlik və həftəlik olaraq yaranan konflikt sayı, hər kollektor tərəfindən qrafikə qayatırlan müştəri sayı və s. Kriteriylar üzrə;

Hard kollekşn üzrə ölçmələr  – Göndərilən bildirişlər üzrə feed back sayı, ünvan ziyarətləri üzrə ödəniş sayı, ünvan ziyarətləri və uğurlu restrukturizasiya sayı, təminatlı kreditlər üzrə reallaşdırılmaış təminat sayı və həcmi və s kriteriyalar üzrə

Leqal kollekşn üzrə ölçmələr – İşin baxılması dövründə tam və ya qismən ödənilmiş borcların həcmi, qətnamə və ya əmr çıxdıqdan sonra tam və ya qismən edilmiş ödənişlərin həcmi, məcburi icra tədbirlərinin tətbiqindən sonra edilmiş ödənişlərin həcmi, hər müştəri üzrə icra tədbirlərinin tam kompleksdə həyata keçirilb keçirilməməsi və s. kriteriyalar üzrə

   Yuxarıda qeyd edilən meyarlardan əlavə hər mərhələ üzrə ayrılıqda hər geri qaytarılan 1 manatın neçə %-nin xərclərə sərf edilməsi də müəyyələşdirilməlidir və xərclərin azaldılmasına yönəlik tədbirlər görülməlidir.

    Ölçmələr ildə ən azı bir dəfə aparılmaqla əvvəlki dövrlərin nəticələri ilə müqayisə edilməli və hər dəfə baş vermiş müsbət və mənfi dəyəşiklər nəzərə alınmaqla təkmilləşdirmələr aparılmalıdır.

    Qeyd edilən xidmətlər AZKOLL Kollektor Agentliyi tərəfindən yerli banklarda uğurla həyata keçirilir və problemli borcların yığılmasında əhəmiyyəli artıma nail olunur.

Son xəbərlər
Digər xəbərlər