25 C
Baku
Friday, April 19, 2024

Banklardan 13 milyard manatdan çox kredit götürülüb

2017-ci il iyulun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz azalaraq milli valyuta ekvivalentində 13 milyard 882,0 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ümumi kredit portfelinin 11 milyard 025,5 milyon manatı və ya 79,4 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 27,8 faizi dövlət, 69,3 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,0 faizini təşkil edib.
Son xəbərlər
Digər xəbərlər