8 C
Baku
Thursday, March 28, 2024

Banklarımızın təklif etdikləri premium kartlar

Hazırda ölkənin bankları bir neçə növdə plastik kartlar təqdim edir. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Plastik kartların bir çox üstün cəhətləri var. Siz plastik kartınız ilə pos terminalı olan istənilər ticarət və ya xidmət obyektində mal və ya xidmətlərin dəyərini ödəyə, Kart hesabının valyutasından asılı olmayaraq istənilən ölkədə pulunuzu nağlaşdıra bilərsiniz. Lakin plastik kartların üstünlükləri bunlarla kifayətlənmir.

Plastik kartların digər üstünlükləri hansılardır?

  • Uzaqlaşdırılmış əməliyyatların aparılması;
  • Real vaxt rejimində öz vəsaitlərinə nəzarət edilməsi (e-card sistemi);
  • Kart hesabına bağlanılacaq ailə üzvləri üçün əlavə kartların rəsmilləşdirilməsi;
  • Əməliyyat zamanı yüksək limitdən istifadə imkanı;
  • Onlayn ödəmə imkanı;
  • Otel, restoran xidmətləri üzrə güzəştlərin əldə edilməsi (endirimləri ödəniş sistemi);
  • Beynəlxalq ödəniş sistemi tərəfindən müəyyən olunmuş şərtlərə əsasən emergency card və emergency cash xidmətlərindən istifadə imkanı;
  • Səfər zamanı aviabiletlərə endirim, müxtəlif digər xidmətlərə qoşulma;

Plastik kartlar arasında mövcud olan fərq isə onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlarındadır. Banklarımızın kart növləri içərisində də özünə məxsus kart növləri mövcuddur ki, Gold Platinium kartlar bu sıraya aid edilir. Məsələn, Visa Classic və Visa Gold kartı müqayisə etdikdə, xidmət fərqini aydın şəkildə görmək mümkündür.

Bəs premium kartların digər kartlar ilə oxşar cəhətləri hansılardır?

  • Kartın dəyəri
  • Əlavə kartın dəyəri
  • Kart hesabına minimal yatırım məbləği
  • Kredit kartının maksimum limitləri
  • Sığorta depozitinin minimal məbləği və s.

Əksər hallarda bu növ kartlar üçün aparılan digər əlavə əməliyyatlar pulsuz həyata keçirilir. Bu əməliyyatlara aşağıdakılar aiddir;

  • Kartın dublikatı(kart zədələndiyi halda)
  • Kartın itirilməsinə görə tutulan cərimə
  • Kartın blokdan çıxarılması
  • SMS-Banking xidmətinə qoşulmağa
  • Sığortalama və s.

Aşağıdakı cədvəldə isə plastik kartların qiymətləri ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, cədvəldəki ardıcıllıq əlifba sırasına əsasən hazırlanıb.

sdgdfg

* AG Club Gold komplektlərinin və MC Gold / Visa Gold kartlarının sabiblərinə IAPA kartların illik xidmət haqqı 55 AZN.

** MasterCard Platinum, Visa Platinum kartları üzrə 5 000 AZN, Visa Gold, MasterCard Gold kartları üzrə isə 1 000 AZN ilkin mədaxil tələb olunur.

Son xəbərlər
Digər xəbərlər