8 C
Baku
Friday, March 29, 2024

Bankların çoxu hüquqşünas axtarışında

Banker.az saytı daxil olmaqla demək olar ki, əksər saytlar bankların ən yeni vakansiyalarını sizə təqdim edir. Lakin son zamanlar ölkə banklarında maliyyə problemləri daha da qabardığı üçün bankların bir çoxunda ixtisarlar qeydə alınır. Belə bir dövrdə banklarda vakant yerlər hüquqşünas vəzifəsi üzrədir.

Bankların bir çoxu bu vakansiyanı müxtəlif adlarla elan edirlər- səbəblər müxtəlifdir. Bəzi banklar bank daxili problemlərin olduğunu bildirməmək üçün vakansiyanı regional risk menecer və s. Buna oxşar adlarla adlandırırlar.

Bankların axtarışında olduğu hüquqşünas nə işlər görür?

Ümumiyyətlə hüquqşunasın əsas vəzifəsi məhkəmə və digər orqanlarda bankı təmsil etmək və onun hüquq və mənafelərinin müdafiə olunması təmin etməkdir.

Hüquqşunasın əsas vəzifləri

  • Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
  • Müqavilələrin və digər sənədlərin tərtibi və hüquqi ekspertizası;
  • Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirilməsi.
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi;
  • İcra mərhələsində ərizə və vəsaiətlərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • İddia ərizələri və digər ərizələrin, etirazların, vəsatətlərin və məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; və s.

Bəs banklar başqa kimlərin axtarışındadır?

Son statistika göstərir ki, hazırda ölkə banklarında problemli kreditlər 1 338,7 mln manatdır. Bu isə bir ay ərzində 2% artım deməkdir. Banklarda problemli kreditlərin belə sürətlə artması isə borc qaytarma, risklərin idarə edilməsi və hüquqşünaslara tələbatların çoxalmasına gətirib çıxarır.

Aşağıdakı banklar məhz bu vəzifələr üçün işçilər axtarır:

Son xəbərlər
Digər xəbərlər