8 C
Baku
Thursday, March 28, 2024

Bankların fevral ayı üzrə aktiv nağd kredit kampaniyaları

Banker.az monitorinq qrupu öz oxucuları üçün daima ən sərfəli təklifləri araşdırıb təqdim edir. Bu ənənəyə sadiq qalaraq nağd istehlak kreditləri bazarına göz gəzdirdik və mövcud durumu oxucularımız üçün təhlil etdik. Hal-hazırda nağd kreditlər üzrə aşağıdakı aktiv kampaniyalar mövcuddur.

Bank of Baku

Kampaniyanın son günü – 03.03.2018

Kampaniya şamil olunan müştəri seqmenti – Bankdan nağd kredit əldə edən bütün müştərilər.

Kampaniya güzəştləri – Bankdan nağd pul krediti əldə edən müştərilərə illik faiz dərəcəsində 5% endirim edilir.

Kreditin digər şərtləri:

  • Maksimal məbləğ – 15 000 AZN;
  • Müddət – 36 ay;
  • Komissiya –  1%;
  • Zamin – Kredit tarixçəsi qənaətbəxş olduqda 5000-dək, qeyri-qənaətbəxş olduqda 3000-dək zaminsiz.

Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə minimal illik faiz dərəcəsi 23 % təşkil edir.

Bank Respublika

Kampaniyanın son günü – 28.02.2018

Kampaniya şamil olunan müştəri seqmenti:  Neft – qaz sektorunda fəaliyyət göstərən müəssisələrdə çalışan şəxslər.

Kampaniya güzəştləri – Kampaniya şamil edilən müştəri seqmenti Bankdan nağd pul krediti əldə etdikdə aşağıdakı endirimləri əldə edir.

  • Kreditin illik faiz dərəcəsində 3%-dək endirim;
  • Kreditin komissiyasında 50%-dək endirim

Kreditin digər şərtləri:

  • Maksimal məbləğ – 10 000 AZN;
  • Müddət – 36 ay;
  • Zamin – rəsmi gəlirdən asılı olaraq 10 000 AZN-dək zaminsiz rəsmiləşmə mümkündür.

Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən, komissiya isə 0.5%-dən başlayır.

Unibank –  “krediti indi al, yazda ödə!”

Kampaniyanın son günü – 25.02.2018

Kampaniya şamil olunan müştəri seqmenti:  Bankdan nağd istehlak və mikro kreditləri əldə edən müştərilər.

Kampaniya güzəştləri – Kampaniya güzəştləri aşağıdakılardan ibarətdir:

  • kreditlər üzrə ilk 3 ayda yalnız faiz borcu ödənilir, əsas borcun ödənişi isə 4-cü aydan başlayır;
  • Kreditin komissiyasında 50%-dək endirim

Kreditin digər şərtləri:

  • Maksimal məbləğ – 15 000 AZN;
  • Müddət – 36 ayadək;
  • Faiz – 23% – 28%
  • Zamin – Fərdi olaraq baxılır.

Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən, komissiya isə 0.5%-dən başlayır.

Rabitəbank

Kampaniyanın son günü – 31.03.2018

Kampaniya şamil olunan müştəri seqmenti:  Güc strukturlarında çalışan şəxslər.

Kampaniya güzəştləri – Kampaniya çərçivəsində güc strukturlarında çalışan şəxslər Bankdan nağd pul krediti əldə etdikdə  illik faiz dərəcəsinə 6%-dək endirim edilir.

Kreditin digər şərtləri:

  • Maksimal məbləğ – 10 000 AZN;
  • Müddət – 24 ayadək;
  • Faiz – 24%;
  • Komissiya: Rəsmiləşmə – 1%, Sığorta – 2%-dək
  • Zamin – 3000 AZN-dək zaminsiz.

Kapitalbank – (“2 Fevral – Gənclər günü” münasibətilə)

Kampaniyanın son günü – 28.02.2018

Kampaniya şamil olunan müştəri seqmenti:  Yaşı 35-dək olan şəxslər.

Kampaniya güzəştləri – Kampaniya Bankdan nağd pul krediti əldə edən gənclərə aşağıdakı endirimlər təqdim olunur.

  • İllik faiz dərəcəsinə 2% endirim edilir.
  • Rəsmiləşmə komissiyası (1%) tutulmur.
  • Pulsuz “Birkart” kredit kartı təqdim olunur.

Kreditin digər şərtləri (yalnız Kapitalbank-dan əmək haqqı və ya təqaüd alan müştərilər faydalana bilər):

  • Maksimal məbləğ – 20 000 AZN;
  • Müddət – 48 ayadək;
  • Sığorta komissiyası – 5%
  • Zamin – Fərdi olaraq baxılır.

Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 27.84%-dən başlayır.

Son xəbərlər
Digər xəbərlər