Güzəşt müddəti  – bir digər adı ilə “grace period” bankların kredit kartları vasitəsilə müştərilərinə təqdim etdiyi xidmətdir. Bu xidmətin mahiyyəti kredit kartlarından istifadə edilən vəsaitin müəyyən bir dövr ərzində faizsiz olaraq geri qaytarılma imkanından ibarətdir. Bir çox hallarda güzəşt müddəti nağdsız ödənişlərə şamil edilir.

Lakin bu xidmətin nağd istifadə edilən vəsaitlər üzrə də tətbiq edildiyi Banklar mövcuddur. Bəzi Banklarda bu kredit kartlarında, bəzilərində isə taksit funksiyalı kartlarda vardır. Banker.az olaraq Bankların nağdlaşdırılan vəsaitlər üzrə güzəşt müddəti üstünlüyü  olan kartlarının şərtlərini və onları əldə etmək üçün mövcud tələbləri Sizlər üçün araşdırdıq. Bu məlumatları aşağıdakı cədvəllərdə sizlərə təqdim edirik.

Bank / Kart Maksimal məbləğ Kartın müddəti ATM nağdlaşdırma komissiyası Güzəşt müddəti İllik faiz dərəcəsi

(güzəşt müddətindən sonra)

AFB – Kredit xətti 5000 AZN (ə/h-nın 3 misli) 12 ay 1% 40 günədək 25%
Turan Bank – Kredit xətti 1000 AZN 12 ay 1% 30 günədək İlk 3 ay – 20%

Növbəti aylar – 26%

RabitəBank – Kredit xətti 3000 AZN 12 ay 1% 30 günədək 27%
UniBank –“Albalı+ GOLD” 5000 AZN 60 ay 1% 40 günədək 29%
ExpressBank – “Expresso card” 3000 AZN 48 ay 1% 35 günədək 28%

 

Bank / Kart Əmək haqqı tələbi Zamin tələbi Son iş yerində staj Qiymət
AFB – Kredit xətti *DTİ əmsalı çərçivəsində Mütləqdir Minimum 6 ay 10 AZN
Turan Bank – Kredit xətti *DTİ əmsalı çərçivəsində Mütləqdir Minimum 6 ay 20 AZN
RabitəBank – Kredit xətti Min. 400 AZN 1000 AZN-dən yuxarı Minimum 6 ay Kartın növündən asılı olaraq
UniBank –“Albalı+ GOLD” Min. 1000 AZN Fərdi qaydada Minimum 6 ay Kart limitinin 1%-i, minimum 10 AZN
ExpressBank – “Expresso card” Min. 500 AZN Fərdi qaydada Minimum 6 ay 5 AZN

 

*DTİ əmsalı – Borcalanın aylıq borc yükünün tənzimlənməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banklar qarşısında qoyulmuş tələbi əks  etdirən əmsaldır. Əmsalın tələbinə əsasən borcalanın öhdəlikləri xalis gəlirinin 50%dən (əgər xalis gəlir ölkə üzrə yaşayış minimumunun 3 mislindən azdırsa 40%-dən) çox ola bilməz.