12 C
Baku
Wednesday, April 24, 2024

Bankların müştəri bazası artaraq tarixi rekorda imza atıb

Azərbaycan kommersiya banklarının müştəri bazası bu cari ilin ilk 2 ayına 5 912 068 nəfər təşkil edib.

Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 1 mart 2018-ci il tarixinə olan hesabatında deyilir.

Məlumata görə, bu, aylıq müqayisədə 96 890 nəfər və yaxud 1,7%, ilin əvvəlinə nisbətən 140 028 nəfər və yaxud 2,4%, illik müqayisədə isə 435 278 nəfər və yaxud 7,95% çoxdur.

Bank müştərilərinin əsas sayını 5 822 485 nəfər ilə fiziki şəxslərin payına düşüb.

Qeyd edək ki, bu rəqəmlə həm də Azərbaycan bank tarixində ən böyük göstəriciyə keçməsi deməkdir

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər