Bildiyimiz kimi, yeni təhsil ilinin başlanmasına çox az müddət qalır. Təhsil ilinin başlanması övladları tələbə adını qazanan valideynləri sevindirməklə yanaşı, həmçinin onların qayğılarını da artırır. Belə ki, ödənişli əsaslarla təhsil əldə etmək hüququ qazanan tələbələrin təhsil haqqları, həmçinin digər xərcləri ailələri maddi sıxıntılarla üzləşdirir. Müvafiq sıxıntıların öhdəsindən gəlmək üçün alternativ üsullardan biri də bank kreditləridir.

Banker.az olaraq Bankların bu məqama nə dərəcədə həssas yanaşdığını öyrənmək üçün kiçik bir araşdırma apardıq. Məlumumuz oldu ki, ölkədəki Banklardan cəmi 3-ü Təhsil haqqlarının ödənilməsi ilə bağlı nağd pul kreditlərinə kampaniya keçirir. Bunlar : Bank of Baku, Bank Respublika və NBC Bankdır. Aşağıda adları çəkilən Bankların  keçirdiyi kampaniyanın şərtlərini müqayisəli formada diqqətinizə çatdırırıq.

Şərtlər Bank of Baku Bank Respublika NBC Bank
Kampaniyanın son tarixi
31.08.2017
20.09.2017
2017-ci ilin sonuna qədər
Kreditin maksimal məbləği
10 000 AZN
10 000 AZN
*5000 AZN-dən yuxarı məbləğlər xüsusi şirkətlərin əməkdaşlarına və ya girovla verilir.
3000 AZN
Kreditin maksimal müddəti
36 ay
36 ay
12 ay
İllik faiz dərəcəsi
Minimum 25%
28%
22%
Kredit üzrə komissiya
1%
Müddət 24 ayadək  – 0%
Müddət 25-36 ay – 1%
3%
Təminat
Tarixçədən və rəsmi gəlirdən  asılı olaraq 10 000 AZN-ə qədər məbləğləri zaminsiz əldə etmək mümkündür
3000 AZN-dək zaminsiz
1500 AZN-ə qədər zaminsiz
Minimum əmək haqqı tələbi
185 AZN (vergilər daxil olmaqla)
350 AZN (xalis gəlir)
Fərdi yanaşılır (DTİ əmsalı tələbləri gözlənilmək şərtilə)