12 C
Baku
Friday, March 29, 2024

Bankomatın yanında telefonla danışmaq mümkün olmayacaq

Yaponiyanın elektronika istehsalçısı olan Hitachi şirkəti regional banklardan biri ilə birgə ödənişlə bağlı fırıldaqçılığı blok edən bankomat təqdim edəcək. Bu cihaz gələn ilin əvvəlindən yapon şəhərlərinin küçələrində peyda olacaq.

Yeni ATM-in əsas tapşırığı fırıldaqçıların əmri ilə istifadəçisinin öz hesabından pul köçürməsinə imkan verməyəcək. Çünki bankomat mobil telefon ilə danışan müştərilərin bütün əməliyyatlarını blok edəcək.

Bloomberg agentliyinin verdiyi məlumata əsasən, Yaponiyada telefon fırıldaqçılığı ilə cinayət halları çox inkişaf edib və qarətçilərin əsas qurbanları yaşlı insanlardır. Cinayətkarlar qurbana zəng edir, özünü yalandan onun qohumu kimi təqdim edir, çətin vəziyyətə düşdüklərini bildirərək təcili pula ehtiyac duyduqlarını deyirlər. Təqaüdçülər adətən bankomat vasitəsilə necə pul köçürmək lazım olduğunu bilmədiklərindən fırıldaqçının telefonda dediyi təlimatlara əməl edir.

Son il ərzində bu cür cinayətkarlıq hallarının sayı 3 dəfə artıb. 2016-cı ilin ilk 8 ayı ərzində 8,802 belə hal qeydə alınıb ki, nəticədə 26,4 milyard yen (252 milyon dollar) qarət edilib.

Son xəbərlər
Digər xəbərlər