15 C
Baku
Saturday, April 20, 2024

Bankomatların qorunmasında yeni üsul

İsveçrənin Zürih yüksək texnoloji məktəbinin əməkdaşları xüsusi örtük qatı icad etmişlər və bu qat istənilən zədələnmə zamanı pis niyyətli hərəkətlərin qarşısını almaq üçün çox qaynar köpük qatı buraxır. Alimlər bu texnologiyadan bankomatların qorunması üçün istifadə etməyi məsləhət görür.

Yeni yaradılmış bu örtük qatı özündə bir-birinin üzərində yerləşmiş və hidrogen peroksid və manqan dioksid ilə tamamlanmış plastik qatlardan ibarətdir. Kartın quruluşu zədələnərsə iki maddə bir-birinə qarışır və temperaturu 80 dərəcə selsi olan köpük yaradır.

cbc425a583f2646f7ad368e0b2e250da (1)

Yeni kəşfin müəllifləri bu köpüyün bankomatları qorumaq və qarətçilərdən qorunmaq üçün yaxşı vasitə olacağını güman edirlər. Belə ki, hazırda bankomatların və kassa aparatlarının qorunması variantları həddindən artıq bahadır. Bu yeni kəşfin dəyəri isə təqribən 40 dollar çərçivəsində olacaq.

Alimlər sınaqlar apararkən plastik örtüklərə rəngli boyalar da əlavə etmişlər. Örtük zədələndikdə boya ifraz edilir və banknot yararsız hala düşür.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.