12 C
Baku
Wednesday, April 24, 2024

Barselona: incəsənət və biznes-təhsil şəhəri

Barselona – bu elə bir yerdir ki, orda hər şey var. EADA biznes-məktəbinin dinamik və çoxmillətli şəhərin mərkəzində yerləşməsi tələbələr üçün böyük üstünlükdür.

Biznes

Cushman & Wakefield-in 2010-cu ildə beynəlxalq kompaniyalarda apardığı tədqiqatın nəticəsinə görə, Barselona bugünkü gündə biznes açmaq üçün ən yaxşı beş şəhər sırasındadır.

barcelonanight

Barselonanın səhər kimi gecəsi də gözəldir.

Müştəri/istehlakçılarla rahat əlaqə imkanı, kvalifikasiyalı kadr, yaxşı telekommunikasiya və digər şəhərlərlə rahat nəqliyyat rabitəsi kimi amillər qiymətləndirmənin əsas meyarı kimi çıxış etmişdir. Eləcə də, Barselona işçilər üçün ən yaxşı həyat şəraitli şəhər reytinqində birinci yeri tutmuşdur.

Mənzil

Belə ki, sakit Eşample rayonunda mənzilin qiymətləri o qədər də yüksək olmadığına görə, tələbələrin məktəbin yaxınlığı və şəhərin mərkəzində, eləcə də yaxın rayonlarda yaşamaq imkanı var.

Barselona biznes-məktəbinin tələbəsi Adam Caster bildirir: “EADA məktəbinin mərkəzi mövqedə yerləşməsi həm iş, həm də yaşayış üçün idealdır. Bu rayonda avtobus dayanacaqları və metro da var, amma Barselonada hava yaxşı olduğuna görə, mən EADA-ya piyada gedirəm. Bundan əlavə, məktəb Barselonanın mənzərəli sahəsində yerləşir, orda həmişə maraqlı nəsə tapılar”.

Eşamplenin görünüşü

Masters in Finance proqramının iştirakçısı hindli Preeti Lalvani razıdır ki, “ Barselonanın bütün ən maraqlı hadisələri təxminən elə biznes-məktəbin yaxınlığında baş verir”.

Şəhərin digər tərəfində yaşayan tələbələr metro və avtobusdan istifadə edə bilərlər, bu rahat və ucuzdur. Barselonada velosiped yollarının sayının mütəmadi artımını nəzərə alsaq, təhlükəsiz və sağlamlıq üçün faydalı olan velosiped ictimai nəqliyyat vasitələrinə alternativ olaraq çıxış edir.

Mədəniyyət

Barselonanın 2 min illik tarixi şəhərin memarlıq, incəsənət və mədəni irsində iz qoymuşdur.

EADA elə bir əla yerdədir, belə ki o Qaudi tərəfindən tikilmiş məşhur binalar olan Baltonun Evi və Quelin Evindən bir neçə dəqiqəlik məsafədə yerləşir. Bundan başqa, biznes-məktəb bir çox incəsənət qalereyalarının qonşuluğunda yerləşir (bura həm dünya şöhrətli və də ayrı-ayrı kiçik qalereyalar aiddir). Məktəbi, qədim kilsənin yerləşdiyi şəhərin ən qocaman hissəsi olan qotik məhəllədən 20 dəqiqəlik yol ayırır.

barcelonalapedreraQaudinin şedevr əsərlərin biri – “Daşkarxanası” evi

“Əgər siz bunların yaxınlığında yaşamaq istəyirsinizsə, bu ki əladır!” – Masters in Hospitality Management proqramının iştirakçısı Maya Cinkins bildirir. “Siz lazım olan hər şeyi çox tez tapa bilərsiniz. Bu istirahət üçün əla yerdir. Eşample rayonu isə gecə həyatı ilə məşhurdur”.

Istirahət

Barselonanın iqlimi və coğrafi mövqeyi tələbələrə təhsildən kənar vaxtlarını təmiz havada keçirməyə imkan verir. Günəş, dəniz, dağlar – burda əyləncəli istirahət üçün hər şey var, həm də hər yerdə ictimai nəqliyyat vasitələri də mövcuddur.

barcelonabeach
Barselonanın diqqətə layiq yerləri – gözəl çimərliklər

Aralıq dənizi sahilində yerləşmiş Barselona təbiətdə istirahət üçün uyğun olan isti, rütubətli və günəşli iqlimə sahibdir. Bununla yanaşı, Pireney dağları da yaxınlıqdadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər