Baş bankir valyuta ehtiyatlarının artmasında neftin qiymətini əsas amil sayır

FOTO: APA

“Dünya bazarında neftin qiymətinin dövlət büdcəsində proqnozlaşdırılmış 45 dollar/barel səviyyəsində qalması imkan verir ki, ölkənin tədiyyə balansı müsbət olsun, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları isə artsın”.

Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

“AMB-nin valyuta ehtiyatlarının artması üçün neftin qiyməti əsas amildir. Hazırda qiymət yüksəkdir. Üstəlik, yeni neft müqaviləsi ilə əlaqədar Azərbaycana bonusların da ödənilməsinə başlanılıb. Deyə bilərəm ki, 2018-ci ildə valyuta ehtiyatlarımızdakı artım 2017-ci ildəkindən az olmayacaq”, – deyə baş bankir qeyd edib.

📝 RƏY BİLDİR