16 C
Baku
Friday, April 26, 2024

Baş mütəxəssis – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Anderraytinq və qiymətləndirmə departamenti / Qiymətləndirmə və portfel analizi şöbəsi

Vəzifə : Baş mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  16 iyul 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tarif siyasətini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tarif siyasətinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
3. Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi;
4. Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
5. Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
6. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
7. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
8. Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
9. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
10. Müxtəlif  sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi işinə nəzarət;
11. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.

Namizədə olan tələblər:

İş təcrübəsi : Müvafiq sahədə minimum 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Riyaziyyat, iqtisadiyyat və ya statistika sahələri üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili üstünlükdür;
Dil bilikləri : Azərbaycan dili (mükəmməl), rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office, (MS Office Excel-VBA üstünlükdür);
Üstünlüklər : Aktuari akkreditasiyasının olması, Aktuar hesablamaları üzrə yerli və ya beynəlxalq imtahanların verilməsi ( SOA, CAS) üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Yüksək analitik düşünmə qabiliyyəti; riyazi məntiq; şöbədaxili risklərə nəzarət etmək və onları qiymətləndirmək bacarığı; proqnoz vermə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı; danışıqlar aparmaq bacarığı; ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülmə bacarığı; yazı qabiliyyəti; konfliktlərin/stresin idarə edilməsi; etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək; aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə); məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı); təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası :

CV-lər “Qiymətləndirmə və portfel analizi” mövzusu ilə [email protected]  elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər