15 C
Baku
Tuesday, April 23, 2024

Baş mütəxəssis – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Risklərin idarəedilməsi departamenti / Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsi

Vəzifə : Baş mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  04 iyul 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Bazar risklərinin (o cümlədən, valyuta riski, faiz riski, qiymət riski) və onlardan yarana biləcək likvidlik risklərinin müəyyən edilməsi və onların idarəedilməsi;
2. Maliyyə bazarlarında mövcud və potensial dəyişikliklərin araşdırılması və şirkətin aktivlərinə və öhdəliklərinə mümkün təsirinin təhlili;
3. Aktiv və öhdəliklərin valyuta, dürasiya, qabarıqlıq (konveksiti), faiz və s. bu kimi meyarlar əsasında uzlaşdırılması və immunizasiyası;
4. Maliyyə alətləri üzrə risk göstəricilərinin (VaR, Expected shortfall, risk kapitalı və s.) ölçülməsi və mövcud risk limitləri ilə bağlı təkliflərin verilməsi;
5. Bazar riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
6. Bazar risklərinin monitorinq edilməsi və hesabatların hazırlanması;
7. Bazar riskləri üzrə ssenari analizlərinin, stress-testlərin və Monte-Karlo simulyasiyalarının aparılması;
8. Maliyyə alətlərinin (istiqraz, əmanət sertifikatları, törəmə maliyyə alətləri (derivativlər) və s.) təhlil edilməsi;
9. Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi : Maliyyə sektorunda risklərin idarəedilməsi və ya audit sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur;

Təhsili/ixtisası : Minimum bakalavr təhsili tələb olunur. İqtisadiyyat, risklərin idarəedilməsi, ekonometrika və ya riyaziyyat ixtisaslı namizədlərə üstünlük veriləcəkdir;

Dil bilikləri : İngilis və rus dillərini yaxşı səviyyədə bilməlidir;

Kompüter bilikləri : R, MATLAB, MS Excell (yüksək səviyyədə), VBA;

Üstünlüklər : CFA və ya FRM sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir;

Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, proqnoz vermə bacarığı, riyazi bacarıqlar, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), stressə davamlılıq, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Risklərin idarəedilməsi – Baş mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər