23 C
Baku
Thursday, April 25, 2024

Baş Nazir: “Türkiyədə aktivlərin idarə olunması fondu yaradılacaq”

“Türkiyədə hesabında on milyardlarla dollar olan aktivlərin idarə olunması fondu yaradılacaq”.

Bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Fond genişmiqyaslı layihələri maliyyələşdirəcək. İnvestisiyaları büdcə əvəzinə bu fondla maliyyələşdirmək istəyirik”, – deyə B.Yıldırım bildirib.

Baş nazir, həmçinin hökumətin iqtisadi artımın təmin edilməsində Türkiyə banklarının fəal rolunu gözlədiyini qeyd edib.

B.Yıldırım daxili bankların diqqətini iqtisadi artım istiqamətində kredit sisteminə yönəltmək niyyətində olduğunu vurğulayıb./Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər