Baş nazirin müavinin nəvəsinə 6 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini Əli Həsənovun Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı Ramin Nağəliyev çıxış edərək N.Allahverdiyevə 7 il azadlıqdan məhrum edilməsini istəyib. Lakin, məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Bunu Virtual Azərbaycan xəbər verib.

Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.

N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.

Dövlət ittihamçısı N.Allahverdiyevə Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə bəraət verilməsini istəyib.

📝 RƏY BİLDİR