16 C
Baku
Thursday, April 25, 2024

Basketbolçular üçün üç metrlik bankomatlar

Fevralın 14-də Kanadanın Toronto şəhərində “NBA All-Star 2016” basketbol oyunu keçiriləcək. Tədbirin sponsoru olan Kanadanın yerli bankı “Bank of Montreal” öz maliyyə məhsullarına diqqəti cəlb etmək üçün yeni unikal marketinq kampaniyasına başlayır.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, “Bank of Montreal” boyu 2 metr 10 santimetrdən hündür olan basketbolçular üçün üç metrlik bankomatlar quraşdırıb. Əslində bu bankomatlar heç bir kart qəbul etmir və nağd pul vermir. Bankomatın ekranı basketbol halqası hündürlüyündə yerləşir. Bu aksiya çempionata gələn qonaqların diqqətini cəlb etmək üçün keçirilir.all-stars-nba-atm-tall-ad-fb__700-png

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər