19 C
Baku
Thursday, April 25, 2024

Başladığınız işi sona çatdırın!

İşlərin siyahısını tərtib edin. Qələm və vərəq götürün, yaxud kompüterinizdə xüsusi proqramı açaraq etməli olduğunuz bütün işlərin siyahısını tərtib edin. 10 dəqiqə fasilə verin, dincəlin, axı artıq sizi narahat edəcək işləri müəyyən etmisiniz. Yenidən siyahınıza qayıdın və ona tənqidi nəzərlərlə baxın. Yuxarıda sadalanan səbəblərdən hansının sizə başladığınız işi sona çatdırmağa mane olduğunu müəyyən edin.

Siyahıdan lazımsız olan hər şeyi çıxardırıq. Onu bir daha yenidən oxuyun. Karyerada sizə nəyin kömək olacağı barədə düşünün. Məqsədinizə uyğun gəlməyən işləri siyahıdan çıxarın. Ən yaxşısı vaxtınızı həqiqətən vacib olan şeylərə xərcləyin.

“İki dəqiqə qaydası”-nı yadda saxlayırıq. Time-menecmentdə belə bir “iki dəqiqə qaydası” prinsipi mövcuddur: 2-5 dəqiqənizi almayacaq işlər dərhal yerinə yetirilir və siyahıdan silinir. Şkafın polkasını qaydaya salmaq, vanna otağını yığışdırmaq, paltaryuyan maşını işə salmaq – bütün bunlar 5-dən artıq bir müddətinizi almayacaq. Cəmi yarım saat keçdi, siz isə artıq bu vaxt ərzində 10 işdən 5-ni həll etdiniz.

Fransız ol – “qurbağa” ye. Siyahıda ərincəklik səbəbindən yerinə yetirmədiyiniz bəndləri yaşıl rənglə xətləyin. Bunlar daha sonraya təxirə saldığınız xoşagəlməz işlərdir. Time-menecmentdə bunlar “qurbağa” adlanır. Əgər sizin də belə “qurbağa”-larınız varsa, ən yaxşısı onlarla səhər məşğul olmaqdır.

Özünüzü tərifləyin. Heç bir şey insanı yerine yetirilmiş iş siyahısı qədər sevindirmir və ilhamlandırmır. Buna görə də hər hansı bir işi yerinə yetirən kimi siyahıda onun üstündən xətt çəkin və özünüzü buna görə tərifləyin. Çətinliklərdən sonra alış-veriş, xoş keçən axşam, şirniyyat və çay kimi nemətlərdən gözəl hədiyyə ola bilməz.

Nəticələr çıxarın. Həftədə bir dəfə bir neçə saatınızı nəticələr çıxarmağa ayırın. Bununla bir çox işin sona çatdırıldığını, bir neçə “qurbağanın” yox olduğunu görəcəksiniz. Bir daha özünüzü tərifləyin və siyahını yeni işlərlə tamamlayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.