15 C
Baku
Friday, March 29, 2024

Başqa ölkədən ev alarkən bunlara diqqət edin!

Başqa ölkədən ev almaq – yaxşı gəlir gətirə bilən cəlbedici investisiya variantıdır. Bəzi insanlar sonradan əcnəbi ölkəyə köçüb orada yaşamaq üçün belə mənzillər əldə edirlər. Hər bir halda alıcı təhlükəsiz və qanuni müqavilə imzalamalıdır, çünki bunun üçün az pullar tələb olunmur.

Əcnəbi ölkədən daşınmaz əmlak alarkən əsas risk satıcının mənəvi aspektləri ilə bağlıdır. Bir çox agentliklər və yaxud vasitəçilər müştəriyə öz hüquqşünaslarının hüquqi xidmətlərini təklif edirlər.  Buna görə də müqaviləyə hazırlaşarkən əsas qayda – sərbəst bir hüquqşünasın xidmətlərindən istifadə etməkdir. Belə bir vəkilin vəzifəsi – alıcının maraqlarını qorumaq, müqaviləni minimum risklərlə imzalanmasını və onun qanuni daşınmaz əmlak nümunəsi olmasına kömək etməkdir. Tərəflər ilə şəxsi maraqları və öhdəlikləri olmayan vəkil öz işini daha keyfiyyətli şəkildə yerinə yetirir.

Lakin bununla yenə özünüz də bir çox cəhətləri – hansı vergiləri ödəməli olduğunuzu, xaricdə evə sahib olmağın sizə neçəyə başa gələcəyini, xüsusi şərtlərin olub-olmamasını və s.ləri araşdırın.

Ev almaq üçün əcnəbi ölkə seçərkən oradakı iqtisadiyyatı, ölkə siyasətindəki vəziyyəti də yaddan çıxarmayın. Siyasəti vəziyyətin yaxşı olmadığı ölkələrdə tez-tez baş tutan mitinqlər zamanı qızğın kütlənin əlinə ilk olaraq daşınmaz əmlak düşür.

Daşınmaz əmlak agentliyi seçərkən xarici ölkədə uğurla ev əldə etmiş insanların məsləhətlərinə qulaq asın. Müxtəlif şirkətlərin təkliflərini, qiymət siyahılarını dəqiqliklə öyrənin. Seçdiyiniz şirkətin əmlak alacağınız ölkə üzrə geniş imkanları və xidmət sahəsi olmalıdır.

Son xəbərlər
Digər xəbərlər