17 C
Baku
Friday, September 27, 2024

Bayden BMT Baş Assambleyasında çıxış edəcək

ABŞ prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxış edəcək.

Bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən belə çıxır ki, Bayden sentyabrın 23-25-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gedəcək.

“Prezident Bayden sentyabrın 24-də Baş Assambleyadakı çıxışından əlavə, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı müzakirə etmək üçün dünya liderləri ilə görüşəcək”, – məlumatda deyilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər