22 C
Baku
Tuesday, April 23, 2024

Bayram vaxtı yalnız 2 bank işləyəcək

Banklarımızın bir çoxu bayram günlərində istirahət edəcək. Lakin sadəcə 2 bank var ki, bayram günlərində də qapıları müştərilərinin üzünə açıq olacaq. Bankların bayram günlərində işləmə qrafikini sizə təqdim edirik.

Belə ki, Bank of Baku  31 dekabr 2013-cü il –1,2,3,5, 6 yanvar 2014-ci il tarixlərində bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edib.

Bank həmçinin 4 yanvar tarixində də fəaliyyət göstərəcək. Baş ofis daxil olmaqda Mərkəz filialı, Azneft filialı, Nəsimi filialı, Əhmədli filialı, Neftçilər filialı, Bakıxanov filialı, Babək filialı, Otoplaza filialı, Sumqayıt filialı, Səməd Vurğun filialı,bütün iş günü, Lənkəran filialı, Gəncə filialı, Şəki filialı, Xaçmaz filialı, Şirvan filiallarında isə yarım iş günü (09:00-dan 13:00-dək) müştərilərin xidmətində olacaq.

Bayram günlərində Bank of Baku-nun ödəniş terminalları və MilliÖn terminalları da  müştərilərin xidmətində olacaq. Bankın 28 dekabr tarixində yarım iş gün olmasına baxmayaraq 29-30 dekabr tarixlərində isə bank tam gün işləyəcək.

Bayram günlərində fəaliyyət göstərən banklardan biri də Unibankdır.  Unibank isə Bank of Bakudan fərqli olaraq sadəcə qeyri-iş günü olan  1 gün fəaliyyət göstərəcək. Bu isə 6 yanvar tarixidir.

Digər bayram günlərində bankın işləməməsinə baxmayaraq , Siz  kredit ödənişlərinizi Unibank-ın ödəniş terminallarında, unibank.az və hesab.az saytından onlayn, Milli ÖN terminallarında və Azərpoçt məntəqələrində ödəyə bilərsiniz.

Digər bütün banklarda isə 30 yanvar tarixi son iş günü hesab olunur. Hər hansı bir əməliyyat aparmaq istəyənlər isə  yanvar ayının 7-si banka yaxınlaşa bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər