Bazar əməliyyatları şöbəsinə baş mütəxəssis – AFB Bank

AFB Bank Xəzinədarlıq departamentində Bazar əməliyyatları şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
• Ali iqtisadi təhsil;
• Birja əməliyyatları sahəsində iş təcrübəsi;
• Rus və İngilis dillərində sərbəst danışıq;
• Valyuta, qiymətli kağız və digər yerli və xarici maliyyə bazarları instrumentləri haqqında peşəkar biliklər;
• Bazar risklərinin idarə edilməsi haqqında peşəkar biliklər;
• Bloomberg terminalından istifadə üzrə peşəkar bilik;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər.

İŞİN TƏSVİRİ:
• Yerli və xarici maliyyə bazarlarında (valyuta, qiymətli kağız və digər) əməliyyatların aparılması;
• Aparılmış əməliyyatlarla bağlı müvafiq sənədləşmə işlərinin icrası;
• Maliyyə bazarları üzrə dövrü olaraq təhlillərin aparılması;
• İnvestisiya portfelinin yaradılması və idarə edilməsi;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi” qeydi edərək insan.resurslari@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.