12 C
Baku
Friday, March 29, 2024

Bazara bitkoinin qızıl variantı çıxarılır

Bitkoin virtual kriptovalyutanın yenidən bölünməsi nəticəsində “Bitcoin Gold” adında yeni bir rəqəmsal valyuta yarana bilər. “Haberler” saytına istinadən, Honq-Konqun “LightningASİC” mədən şirkətinin baş icraçı direktoru Cek Liaonun rəhbərlik etdiyi “Bitcoin Gold”un oktyabrın 25-də bazara çıxması gözlənilir.

Noyabrın 1-dən etibarən isə “Bitcoin Gold” tədavülə buraxılacaq.

“Bitcoin Gold”un qiyməti daha kiçik mədənçilik qrupu tərəfindən dəstəklənməsi səbəbindən “Bitcoin Cash”dən daha ucuz olacağı bildirilir. Qeyd edək ki, bitkoin 2017-ci il avqustun 1-də bitkoin və bitkoin kəşə (BCC) bölünüb. Hazırda “Bitcoin Cash”in qiyməti təxminən 325 dolara bərabərdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər