Bazarda ən çox inkişaf edən və geriləyən sığorta şirkətləri açıqlandı – SİYAHI

Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin yanvar-dekabr ayına olan statistikanı təqdim edib.

Məlumata görə, sığorta bazarı ümümi olaraq 15%-ə yaxın böyüyüb.

Banker.az Azərbaycanın sığorta bazarında daha çox inkişaf edən şirkətlərin adlarını araşdırıb.

Araşdırmada 2016-cı il ilə müqayisədə sığorta haqlarının həcminə görə ən böyük 5 sığorta şirkətlərinin adı bəlli olub. Sığorta haqlarının yığımında ən böyük inkişaf “Günay Sığorta”da hiss olunur. Belə ki, adıçəkilən S.Ş 1 il ərzində bu rəqəmi 4 dəfəyə yaxın böyüdərək 9,5 mln. manata çatdırıb. Digər yerləri isə “Qala Sığorta”, “Paşa Həyat Sığorta” , “AtaSığorta” və “Bakı Sığorta” tutur.

Sığorta haqlarındakı irəliyə deyil, əksinə, geri gedən 5 sığorta şirkətində isə “lider” Amrahsığorta başçılıq edir. Bu S.Ş-nin yığımları 2016-ci illə müqayisədə 2017-ci ildə 65% azalaraq 21,54 mln. manata enib.

Qeyd edək ki, sığorta haqlarının yığımına görə “Paşa Həyat Sığorta” 152,76 mln. manatla başçılıq edir. Digər “PAŞA Holding”ə məxsus olan “Paşa Sığorta” isə bu siyahıda ikincidir.