Banker.az monitorinq qrupu olaraq fərqli dövrlərdə taksit kartların müxtəlif xüsusiyyətləri haqqında olan məqalələri Siz oxucularla bölüşmüşük. Bu məqalələr taksit kartların nağdlaşma funskyaları, cash-back xüsusiyyətləri, taksit imkanları, grace – period imkanları, depozit kartı funskiyaları və s.haqqında olub. Hətta ayrı-ayrı vaxtlarda bu xüsusiyyətlərə görə fərqlənən və lider olan kartlar haqqında da fikirlərimizi Sizlərlə bölüşmüşük. Yəqin bizimlə razılşarsız ki, istənilən məhsulun üstünlüklərinin çox olması onun qiymətində öz əksini tapır. Taksit kartlar da , xüsusi imtiyazlı kartlar olduğundan onların qiyməti digər kart məhsulları ilə müqayisədə nisbətən çoxdur. Monitorinq qrupumuz bugünkü araşdırma mövzusu olaraq məhz taksit kartların qiymətinə və bu qiymətin hansı müddətə görə təyin olunmasına görə araşdırma aparıb. Bir məqamı vurğulamaq istərdik ki, kartların qiyməti baxımından bankların 3 yanaşması mövcuddur:

  1. Birdəfəlik komissiya – yəni kartı əldə edən zaman müştəri tərəfindən müəyyən məbləğ (yalnız 1 dəfə) ödənilir.
  2. İllik xidmət haqqı – kartın aktiv olduğu hər 1 ilə görə müştəri Banka müəyyən məbləğdə illik xidmət haqqı ödəyir.
  3. Kart “Pulsuz” təqdim olunur.
Bank Taksit Kartı Kartın müddəti Komissiya növü Komissiya məbləği
Bank of Baku Bolkart Gənc 5 il İllik xidmət haqqı 15 AZN
Bolkart Ailə 5 il İllik xidmət haqqı 25 AZN
Bolkart Gold 5 il İllik xidmət haqqı 40 AZN
Bolkart Diamond 5 il Birdəfəlik komissiya 150 AZN
Bank Respublika Paykart 5 il Birdəfəlik komissiya Kart limitinin 1%-i
Express Bank Smilecard 4 il Pulsuz Pulsuz
Kapital Bank Birkart 3 il İllik xidmət haqqı 15 AZN
Birkart Cash – Back 3 il İllik xidmət haqqı 35 AZN
NBC Bank Maxi card 3 il Pulsuz Pulsuz
Unibank Albalı Plus Standart 5 il Pulsuz Pulsuz
Albalı Plus Gold 5 il Birdəfəlik komissiya Kart limitinin 1%-i (min.20 AZN)
Yapıkredibank Worldcard Classic 5 il Pulsuz Pulsuz
Worldcard Gold 5 il İllik xidmət haqqı 50 AZN
Worldcard Platinium 5 il İllik xidmət haqqı 150 AZN