15 C
Baku
Friday, March 29, 2024

Bernar Arno

Vətəndaşlığı: Fransa

51 yaşlı Bernar Arno Fransanın ən varlı insanlarından biridir. Forbes jurnalı onun sərvətini $12,6 milyard qiymətləndirib. 1989-ci ildən etibarən Arno Moet Hennessy Louis Vuitton (LVMH) şirkətinə başçılıq edir. Bu şirkət dəbdəbə əşyalarının istehsalı və satışı üzrə bütün dünyada lider bir şirkətdir. Son ilərdə şirkət özünü Avropa İnernet-biznesində də sınayır. Yeni şirkətlərinin birinə o, yarım milyard pul yatırıb.

21 yaşında olanda Arno mühəndis diplomunu alır, lakin ixtisası üzrə az bir müddət işləyir.

O, atasının şəriki olur və dörd ildən sonra ailə tikinti firmasına başçılıq edir. Bu şirkət böyük olmadığı üçün və Bernarın ambisiyalarına müvafiq olmadığı üçün Arno tez bir zamanda bu şirkətlə vidalaşır. 27 yaşında olanda o, ailə müəssisəsinin satışı ilə bağlı sövdələşir. Lakin atasına bu «şad xəbəri» sövdələşmə bitdikdən sonra verməyə qərar verir.

Növbəti dörd ili Arno ABŞ-da keçirdir. ABŞ-dan qayıdandan sonra o, artıq rəqib şirkətin işğal üzrə amerikan sayağı üsullarına bələd idi. Və bu üsulları Fransanın şərtləri altında tətbiq etmək şansı tez bir zamanda Arnonun əlinə düşür.

1984- cü ildə Arnonun diqqətini müflisləşmiş tekstil holdinqi Boussac cəlb edir. Bu holdinqə həmçinin Christian Dior dəb evi də məxsus idi. O dövrdə şirkətə Fransız hökuməti başçılıq edirdi. Bu şirkətlə bir çox müəssisələr maraqlanırdılar, həmçinin Louis Vuitton da. Lakin Arno onları qabaqlayır.

$15 milyon nağd pula sahib olan Arno Bernar Lazard Freres and Co. adlı fransız investisiya bankının şəriki Antuan Bernxeym ilə birlikdə $80 milyon pul yığır və fəaliyyətə başlayır. Arnonun ilk həyat yoldaşı şirkətin sahibinin qohumu idi. Və Arno bu vəziyyətdən istifadə edərək onların səhmlərini almağa başlayır. Daha sonra isə fransız hökümətini on qalıq paketi satmağa inandırır və Boussac holdinqini yenidən yaradacağına söz verir.

Arno tədricən Boussac holdinqinin səhmlərini pula çevirməyə başlayır, lakin Christian Dior şirkətini özünə saxlayır. Daha sonra isə o, özü dəb aləminin sehrinə heyran olur və dəbdəbə əşyalarının istehsalı və satışı üzrə lider olan br şirkət yaratmağa qərar verir. 1988-ci ildən etibarən o, yeni yaradılmış Moet Hennessy Louis Vuitton (LVMH) şirkətinin səhmlərinin almağa başlayır.

Bernar Arnonun taktikası öz müsbət nəticələrini göstərir. Hal- hazırda LVMH şirkəti Givenchy, Christian Lacroix, Loewe, Kenzo, Guerlain, Berluti, Celine kimi brendlərə nəzarət edir. Arnonu imperiyasına Fred zərgərlik firması və Tag Heuer İsveçrə saat istehsal edən şirkət daxildir.

Həmçinin Arnonun kolleksiyasına Hennessy konyak, Moet et Chandon, Dom Perignon, Pommery, Krug, Veuve Clicquot şampanları daxildir.

Öz karyerasında ən böyük zərbəni Bernar Arno keçən il öz kolleksiyasına Gucci italyan şirkətini əlavə etmək istəyəndə almışdır.

Bernar Arnonun ən böyük rəqibi Fansua Pino hesab edilir. Fransua Pinoya Gucci şirkətinin 40% səhmləri məxsusdur.
Arno ilə Pino dəb və İnternet satışı sahələrində rəqib biznesmenlərdir. Hal-hazırda hər iki iş adamı İnternet müəssisəsinə küllü miqadarda yatırımlar edirlər. Lakin hələ ki, bu yatırımlar Arnoya bir xeyir gətirməyiblər. Buna baxmayaraq, o, İnternet iqtisadiyyatının gələciyi olduuna inanır. Amma yenə də dəb sahədi daha etibarlıdır.

Çıxışların birində Bernar Arno belə bir ifadə işlədir: «Mən sizə yüz ildən sonra insanların Dom Perignon şampanlarını içəcəyinə zəmanət verirəm. Lakin onların hansı İnternetdən istifadə edəcəkləri barəsində heç nə deyə bilmərəm…”

Son xəbərlər
Digər xəbərlər