14 C
Baku
Thursday, March 28, 2024

Bernard Baruch – “Wall-Street-in tənha canavarı”

Bernard Baruch (1870-1965-ci illər) amerikalı maliyyəçi, birja spekulyantı və Wall-Street-də özünə sərvət yığan bir şəxs idi. O həmçinin ABŞ prezidentləri Vudro Vilson və Franklin D.Ruzvelt yanında dövlət məsləhətçisi olmuşdur.

Baruch 19 avqust 1870-ci ildə Cənubi Karolinada Simon və Bell Baruch-un ailəsində dünyaya gəlib. Onun atası yəhudi əsilli alman mühacir idi və 1855-ci ildə hərbi xidmətdən yayınmaq məqsədilə Almaniyadan Amerikaya gəlmişdi. Bernardın atası ixtisasca həkim idi və vətəndaş müharibəsi zamanı hərbi cərrah qismində fəaliyyət göstərib.

1881-ci ildə Baruch-un ailəsi New-Yorka köçür və Bernard burada City College of New York kollecinə daxil olur və 1889-cu ildə buranın məzunu olur. Kolleci bitirdikdən sonra Baruch öz karyerasını kuryer olaraq başlayır və həftədə 3 dollar qazanır. Gənc Baruch məhz kuryer işləyərək daim gəlməli olduğu Wall-Street-in böyüklüyünə heyran qalır. O özünün bütün boş qalan vaxtını iqtisadiyyat və maliyyə oxumağa sərf edir. Nəticədə o A. A. Housman and Company şirkətində broker adını qazanır. Onun gəliri və əldə etdiyi komisyonlar New York Stock Exchange-də şəxsi yer almağa imkan yaradır. Baruch şəkər müqavilələri üzrə uğurlu spekulyasiyalarla məşğul olur və 1903-cü ildə qardaşı Hartviq Baruch ilə Baruch Brothers broker şirkətini yaradır. O artıq 30 yaşında milyonçuya çevrilir. Növbəti illərdə o bir neçə dəfə gəlir itkisi ilə üzləşsə də, sonradan bərpa edir. Baruch daim maliyyə əməliyyatlarını tək həyata keçirirdi və bu səbəbdən də “Wall-Street-in tənha canavarı” adını qazanır.

1907-ci ildə Bernard öz qardaşı ilə birgə H. Hentz and Company beynəlxalq ticarət şirkətini yaradır. Bu şirkətin nəinki Wall-Street-də, həmçinin Paris, London, Berlin və s. şəhərlərdə ofisləri açılır. 1910-cu ildə Baruch Wall-Street-in maliyyə liderlərindən birinə çevrilir.

Baruch-un siyasi səhnədə fəali iştirakı 1912-ci ildən başlanılır. O Vudro Vilsonu prezident seçkiləri kampaniyasında dəstəkləyir və bundan sonra yeni prezident milli iqtisadiyyatla bağlı sualalr üçün ona müraciət edir. Birinci Dünya Müharibəsindən sonra Baruch Warren Harding, Herbert Hoover, Franklin Ruzvelt və Harry Truman kimi prezidentlətin məsləhətçisi olmuşdur.

Son xəbərlər
Digər xəbərlər