16 C
Baku
Friday, April 26, 2024

Beynəlxalq Bank manat depozitinin faizlərini artırdı 

Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit şərtləri müştərilər üçün daha da sərfəli olub. İndi manatla depozitləri Azərbaycan Beynəlxalq Bankında 13%-ə qədər illik faiz dərəcəsi ilə yerləşdirmək olar. Müştərinin istəyindən asılı olaraq faizlər aylıq, yaxud müddətin sonunda ödənilir. Müştəriyə Bankda yerləşdirdiyi depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.

Bu barədə Banker.az-a ABB-dən bildirlir.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı bu ilin əvvəlindən ABŞ dolları ilə depozitlər üzrə faiz dərəcəsini də 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında qəbul olunur. Ətraflı: https://www.ibar.az/fiziki-sexslere/emanetler-uzre-faiz-dereceleri/

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər