23 C
Baku
Saturday, April 20, 2024

Beynəlxalq bankçılıq sərgi-konfransının keçirləcəyi məkan açıqlandı

17-18 aprel 2018-ci il tarixində “FA International Trade Events” şirkəti tərəfindən təşkil olunan “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzulu Beynəlxalq Bankçılıq Sərgi-Konfransının keçiriləcəyi məkan açıqlanıb. Şirkətdən alınan məlumata görə sərgi-konfrans Hotel Fairmont Baku-da keçiriləcəkdir.

Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, “Unionpay”, “AliPAY”(ALİBABA), “VİSA”, “Mastercard” kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

Konfrans “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və “FA International Trade Events” (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Tədbir haqqında daha ətraflı məlumatı keçid vasitəsi ilə əldə edə bilərsiniz.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər