13 C
Baku
Saturday, April 27, 2024

Beynəlxalq Bankın Moskva “törəməsi”nin reytinqi aşağı salındı

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “MBA-Moskva”nın milli və xarici valyuta ilə depozitlərinin uzunmüddətli reytinqinə dair proqnozu dəyişib. Agentlik bankın reytinqi üzrə proqnozunu “pozitiv”dən “stabil”ə endirib.

 “Moody’s”dən yayılan açıqlamaya əsasən xəbər verir ki, proqnoz dəyişsə də bankın reytinqi “B3” səviyyəsində qalıb.

Eyni zamanda agentlik bankın kredit qabiliyyətinə görə baza qiymətləndirməsini dəyişməyib. Kontragentin risk dəyərləndirməsini isə “B2(cr)” / “Not Prime(cr)” səviyyəsində müəyyən edib. Bu qiymətləndirmə maliyyə institutunun çökməsi halında onun müqavilə öhdəliklərinin yerinə yetirilməsi ehtimalını müəyyən edir.

Bankın milli və xarici valyuta üzrə depozitlərinin qısamüddətli reytinqi isə “Not Prime” səviyyəsində təsdiqlənib, yəni bu depozitlər üzrə reytinq müəyyən olunmayıb.

Bankın reytinqinə dair proqnozun “pozitiv”dən “stabil”ə dəyişdirilməsi onunla əsaslandırılır ki, son illər “MBA-Moskva”nın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılmasına dair tendensiyada dönüş baş verib. Agentlik bankın dəyərdən düşmüş kreditlərinin kifayət qədər yüksək səviyyəsini qeyd edir. Hazırda bankın restuktizasiya olunmuş kreditləri onun ümumi kredit portfelinin 26 faizini təşkil edir. Agentlik dəqiqləşdirir ki, həmin problemli kreditlər uzunmüddətli investisiya layihələrinə yönəldilib, əsasən Azərbaycan Beynəlxalq Bankı tərəfindən maliyyələşdirilib və qarantiya altına alınıb.

Agentliyin analitikləri qeyd edirlər ki, “MBA-Moskva”nın özünün kredit qabiliyyəti əvvəlki kimi məhduddur. Bunun səbəblərindən biri restruktizasiya olunmuş kreditlərin həcminin yüksək olması, ikincisi kredit portfelinin tikinti və daşınmaz əmlak sektorlarında yüksək konsentrasiyasıdır. Həmçinin bank ana strukturdan – Azərbaycan Beynəlxalq Bankından güclü şəkildə asılıdır.

“MBA-Moskva”nın fəaliyyətinin əsas istiqaməti Rusiya və Azərbaycan arasında ticarət müqavilələrini maliyyələşdirmək, iki ölkə arasında hökumətlərarası layihələrin həyata keçirilməsinə xidmət etmək, habelə Azərbaycanla bağlı olan sahibkarlara və müəssisələrə xidmət göstərmək olub.

Virtualaz.org

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər