23 C
Baku
Friday, April 19, 2024

Beynəlxalq Bankın Rusiya filialında dəyişiklik

Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” Balabəy Balabəyovun bankın idarə heyətinin sədr müavini vəzifəsindən getdiyini elan edib. Virtualaz.org bankdan yayılan press-relizə istinadən xəbər verir ki, Balabəyovun “öz ərizəsi əsasında” vəzifəsindən getdiyi açıqlanıb.

Balabəy Səfərbəy oğlu Balabəyov Cahangir Hacıyevin banka təyin etdiyi menecer komandasının üzvlərindən idi və idarə heyətinin iki sədr müavini vəzifəsindən birini tuturdu. İdarə heyətinin digər sədr müavini Rafael Abbasovdur.

“MBA-Moskva”nın idarə heyətinin sədri Fuad Abdullayev ötən ilin noyabrında istefa verib. Onun əvəzinə banka Emin Əfəndiyev rəhbər təyin olunub. Fuad Abdullayevin idarəçiliyi dövründə “MBA-Moskva” problemli kreditlər üzrə Rusiyanın 100 kommersiya bankı arasında ikinci yerə qalxmağa “nail olub”. Cahangir Hacıyevin bankdakı komandasının əməlləri barədə virtualaz.org saytı bundan əvvəlki buraxılışlarında araşdırmalarla çıxış etmişdi.

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər