24 C
Baku
Thursday, April 18, 2024

Beynimizin ehtiyac duyduğu “hədiyyələr”

Planlar, müddətlər, müştərilər, yeni tapşırıqlar… Gündəlik həyatımızın bütün bu cəhətləri beynimizə həkk olunur. Və bu sürətli tempə tab gətirmək üçün vaxtında onun qayğısına qalmaq lazımdır. Bəs bunu necə edək? Aşağıda təklif edilən məsləhətlərdən heç deyilsə 1-2-sini yerinə yetirməyə çalışın. Bu tapşırıqlarla bütün kaprizlərinizə dözən beyninizi mükafatlandırmış olarsınız. 

 Günün ortasında mürgüləmək

Hamımız nahardan sonra mürgüləməyin faydası barədə eşitmişik. Günorta yuxusu tək fiziki gücü bərpa etmir, həmçinin beyninin fəaliyyətini də aktivləşdirir, yaddaşı yaxşılaşdırır və əhvalı artırır. Cəmi 10-15 dəqiqə mürgüləmək sizi iş və məişət sıxıntılarından azad edəcək. Qısa müddətli yuxudan sonra yeni güclə yeni ideyalar qazanacaqsınız.

 Yuxudan öncə bir az yaradıcılıqla məşğul olmaq

Gününüz çətin keçib? Yatağa uzanmamışdan öncə nə isə çəkin. Yaradıcı fəaliyyət yorğun iş günündən sonra beyini yenidən “yükləməyə” və dincəlməyə kömək edir.

Çoxsaylı tapşırıqlardan imtina edin

Əgər özünüzdən maksimum həddə məhsuldarlıq gözləyirsinizsə, eyni anda yalnız bir tapşırıqla məşğul olun. Yalnız bu rejimdə beyin daha effektiv işləməyə qadirdir.

Fəal yaşamaq

Beyniniz üçün lazım olan şey – ürək çalışmalarıdır. Qaçış, üzgüçülük, gəzinti tək bədənə deyil, beyinə də çox faydalıdır və əqli fəaliyyəti artırmağa xidmət edir. Gün ərzində 15-30 dəqiqə bunlarla məşğul olmaq yorulmuş beyin üçün əsl həyat cövhəri olacaq.

 Kağız və qələmdən imtina etməyin

Kompüter, iPad, smartfon və s. digər gadgetlər sayəsində artıq kağız və qələmdən istifadə etmirik. Əbəs yerə! Araşdırmalar sübut edir ki, kağız qeyd dəftərçəsi və qələmdən istifadə etmək beyinin işini fəallaşdırır və onun fəaliyyətini effektiv edir.

 Vitaminləri də unutmayaq

Gündəlik olaraq beyini əlavə tapşırıqlarla yükləyərkən onun üçün ilk növbədə zəruri olan vitaminləri unutmaq lazım deyil. Qida rasionunuzu С, D, E, P vitaminləri və B vitamin qrupları ilə zənginləşdirin.

 Xarici dil öyrənmək

Beyini bütün zəhmətlərinə görə mükafatlandırmağın ən yaxşı üsulu xarici dil öyrənməkdir. Yeni dil öyrənmək beyinin gizli resurs və imkanlarını üzə çıxarmağa kömək edir.

Optimist olmaq

Daim pozitiv düşüncə tərzi beyinin xoşbəxtliyi və effektiv işləməsi üçün lazımdır. Optimist dünya görüşü yeni ideya və imkanların yaranmasına təkan verir.

Ola bilsin ki, bu məsləhətlərin bir çoxu sizə artıq tanışdır və yaxud faydasız hesab edirsiniz. Sadəcə düşünün. Bəs siz gün ərzində beyniniz üçün nə edirsiniz?

Son xəbərlər
Digər xəbərlər