Beyninizi işlətməyə məcbur edəcək əsl detektiv tapmacası

Bu gün özünüzü detektiv kimi hiss etməyi və məntiqinizi yoxlamağı təklif edirik. Sadəcə şəkilə baxın və deyin: bu cinayətdir, yoxsa intihar?

Cavab verməyə tələsməyin, fikrinizi cəmləşdirin və dəlilləri diqqətlə axtarın. Tapdınız? O zaman cavab üçün aşağıya baxın.

Bu tapşırıq beyniniz üçün yaxşı məşq olacaq.

Biz hesab edirik ki, bu cinayətdir. İndi səbəbini izah edəcəyik.

 

1. Solaxay, yoxsa sağ əlli?

İlk növbədə, əşyaların stolun üstündəki yerinə diqqət yetirmək lazımdır. Gördüyünüz kimi, qələm də, külqabı da, Cola da masanın sol tərəfinə qoyulublar. Bu o deməkdir ki, bu əşyaların sahibi solaxaydır. Lakin tapança qızın sağ əlindədir və bu artıq şübhə doğurur.

2. Stolun üstündəki məktub

Qələmin kağızdan solda olması məktubun qurban tərəfindən yazıldığını göstərir. Lakin bunun intihar məktubu olub-olmadığı haqda məlumat yoxdur.

Küçədə qaranlıq olmasına baxamayaraq, lampa söndürülüb. Qızın görmə qabiliyyətinin zəif olduğunu nəzərə alsaq (bunu eynək sübut edir), bu çox qəribədir. Bəlkə, o hələ işıq olanda nə isə yazırmış? Belə olduqda, bu intihar məktubu deyil.

 3. Qan və stolun üstündəki giliz

Qız silahı sağ əlində tutmuşdusa, qan ləkəsinə görə, o masaya və ya divara kürəyi ilə oturmalı idi. Lakin bu halda, giliz indi olduğu yerdə olmamalı idi.

4. Mübarizə əlamətləri

Ayaqqabının bir tayının olmaması, çevrilmiş stul, hətta lampanın işığının söndürülməsi, bütün bunlar mübarizənin əlamətləri ola bilər. Hətta son iki amili izah etmək mümkün olsa belə, ayaqqabının qızın ayağında və ya yanında olmaması həqiqətən şübhəlidir.

 5. Əlindəki siqaret

Qızın əlində yandırılmış siqaretin qalması intihar üçün çox qəribədir. İntihardan əvvəl insan, nə olursa olsun, bütün işlərini tamamlayır. Qızın siqaretini bitirmədən, başına güllə vurması həqiqətə uyğun deyil.

Bütün bu faktları təhlil etsək, şəkildə cinayətin təsvir olunduğunu görərik.

Siz bu tapmacaya nə qədər vaxt sərf etdiniz? Bəlkə də, bunun cinayət olduğunu sübut edən və ya təkzib edən daha vacib dəlillər tapmısınız?

📝 RƏY BİLDİR