16 C
Baku
Thursday, April 25, 2024

BFB ilə Belarusun Valyuta-Fond Birjası arasında memorandum imzalanıb

Bakı Fond Birjası (BFB) ilə Belarus Valyuta-Fond Birjası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Fonddan Banker.az-a verilən məlumata görə, sənəd Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov və Belarus Valyuta-Fond Birjasının İdarə Heyətinin Sədri Andrey Auximenya tərəfindən imzalanıb.

Memorandumun məqsədi hər iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların kapital bazarlarına çıxarılması üçün post ticarət institutları arasında əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə təlim və təcrübə proqramlarının təşkil edilməsindən ibarətdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər