23 C
Baku
Friday, April 19, 2024

BFB: İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş üç İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

Fondan daxil olan məlumata əsasən, 07 mart 2018-ci il tarixində AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, 07 mart 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 955.47 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 955.47 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 955.47 AZN olması nəzərə alınmalıdır.

Son xəbərlər
Digər xəbərlər