BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjası (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9 574,9 mln. manat təşkill edib.

BFB-yə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 71,3% artaraq 66 573-ə çatıb.

BFB-nin dövriyyəsinin 46%-i və yaxud 4 401,01 mln. manatı törəmə maliyyə alətlərinin hesabına düşüb. Bu, bir il əvvələ nisbətən 22,2% çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 8,4 dəfə artaraq 3 800,6 mln. manata, səhm bazarı üzrə əqdlərin dəyəri 5,7 dəfə artaraq 667,9 mln. manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 3,05 dəfə artaraq 693,8 mln. manata, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 5,6 dəfə artaraq 11,6 mln. manata çatıb.