23 C
Baku
Tuesday, April 23, 2024

Big Mac indeksi nədir?

McDonald’s şəbəkəsinin dünyanın bir çox ölkələrində geniş yayıldığı artıq hər birimizə məlumdur. Onun belə desək “şah əsəri” olan Big Mac-ın tərkibində kifayət qədər qida komponentlərinə (çörək, pendir, ət və tərəvəzlər) sahibdir və bu onu universal məhsul hesab etməyə imkan verir. Hər bir ölkədə onun dəyəri kirayə haqqı, məhsulların dəyəri, işçi qüvvəsi və s. amillərdən asılıdır və Big Mac indeksi oxşar gəlir səviyyəsinə malik ölkələrdə valyutaların dəyərini təyin etmək imkanı verir.

“Big Mac” indeksi ilk dəfə 1986-cı ildə The Economist jurnalında dərc ediləən məqalədə təqdim edilib. Bu indeks sayəsində hər bir konkret valyutanın cari dəyərinin “ədalətli” olub-olmadığını, dəyərsizləşib-dəyərsizləşmədiyini anlamaq mümkündür.

Bu indeks necə hesablanır?

Bunu etmək çox sadədir. McDonald’s restoranlar şəbəkəsinin ən məşhur qamburgerinin, məsələn Azərbaycanda və ABŞ-da olan qiymətlərini nümunə kimi götürək. Məlumdur ki, Azərbaycanda milli valyuta manat, ABŞ-da isə dollardır. Qiyməti realda olduğu kimi yox, gümanla belə fərz edək ki, Azərbaycanda Big Mac-ın dəyəri 100 manat, ABŞ-da isə 4 dollardır. 100-ü 4-ə bölürük və 25 əldə edirik. Belə alınır ki, manat dollardan 25 dəfə dəyərlidir. Bunun ardınca isə valyutaların məzənnələrini müqayisə edirik – manat dollara qarşı münasibətdə dəyərsizləşib və yaxud dəyər qazanıb.

Bundan əlavə, Big Mac indeksi vasitəsilə valyutanın bir neçə 10 illik ərzində nə dərəcədə dəyər itirdiyini və yaxud əksinə dəyər qazandığını müşahidə etmək mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər