26 C
Baku
Friday, April 19, 2024

Bill Gates kriptovalyutanın əsas təhlükəsi haqda danışdı

Microsoft şirkətinin banisi Bill Gates kriptovalyutaların insanlar üçün ciddi təhlükə yarada biləcəyini düşünür.

O qeyd edir ki, kriptovalyuta vasitəsilə qanunsuz əməliyyatlar aparılır, həmçinin narkotik vasitələrin alışı həyata keçirilir. Buna görə də bu texnologiya bilavasitə insanların ölümünə səbəb olur.

Bu haqda sahibkar Reddit saytının istifadəçilərinin suallarına cavab verərkən bəyan edib. Milyarderin sözlərinə görə, kriptovalyutanın başlıca xüsusiyyəti anonimlikdir, bu isə üstünlük deyildir.

O əmindir ki, hökumətlər pul yuyulması, vergidən yayınma və terrorizmin maliyyələşdirilməsi üzrə sxemləri açmaq imkanına malik olmalıdırlar.

Bəzi şərhçilərin, cinayət məqsədləri üçün yalnız kriptovalyuta deyil, başqa vasitələrdən də istifadə etmək olar kimi qeydlərinə cavab olaraq Gates, – “Terrorizmi maliyyələşdirmək, fentanil və digər narkotik maddələrin alınması üçün bilirsiz başqa nədən istifadə olunur? ABŞ dollarından” – deyə bildirmişdir.

Xatırladaq ki, daha əvvəl məşhur amerikalı milyarder George Soros da kriptovalyutaları tənqid etmişdi. O, bitcoin-i maliyyə köpüyü adlandırıb. Sorosa görə, bitcoin valyuta deyil, belə ki, əsl valyuta sabit yığım vasitəsidir və onun məzənnəsi gündə 25% düşüb-qalxa bilməz.  

Son xəbərlər
Digər xəbərlər