21 C
Baku
Friday, April 26, 2024

Billi Milliqan: bir bədəndə 24 insan

Bu unikal şəxsin adı William Stanley Milligan-dır. O 1855-ci ildə doğulub və tez bir zamanda bütün psixiatriya dərsliklərinə düşməyi bacarıb. Şəxsiyyət ikiləşməsi yaşayan insan öz daxilində iki şəxsiyyətə bölünür və özü-özü ilə razılaşa bilmir. Bu müəyyən dərəcədə hər bir insanda var, lakin bunun ən kəskin hallarını psixiatrik terminlər ilə adlandırırlar.

Billi Milliqan hətta ən kəskin halları belə geridə qoyan bir şəxs idi. Onun daxilində 24 şəxsiyyət toplaşmışdı ki, bu “insanlar” da ətrafdakı insanlar üçün görünən idi. Adətən bir çox insanlar daxili mübahisələrini gizli saxlayır, bəzilərimiz isə bunun fərqinə belə varmır. Lakin bu insanın daxilində mövcud olan hər bir ayrı şəxsiyyət öz həyatını yaşayırdı.

Billi Milliqanın 24 şəxsiyyətindən 10-u əsas, digərləri isə hər hansı qeyri-mənəvi hallarda özünü biruzə verirdi. Billi Milliqanın “sakinləri” ilə tanış olmaq alimlər üçün böyük şərəf idi:

-Əsas, açar mövqeli olan Billi daim özünə qəsd etməyə cəhd edirdi. Onun 16 yaşı olduqda damdan özünü ataraq intihar etmək istəsə də, digər “şəxsiyyətlər” buna imkan vermir və onu 6 il müddətinə keyləşdirirlər. Hər oyanış Billi üçün böyük zərbə olurdu, çünki o ölü olduğunu hesab edirdi;

  • Artur – digər şəxsiyyətlər arasında münasibətləri qaydaya salan alicənab bir kişi idi;
  • Reycen Vadaskoviniç – Yuqoslaviyadan olan kommunist idi, silah və karateni çox sevirdi. Billi həbsxanaya düşdükdə Reycen əsas şəxsiyyətə çevrilir və kimin nə vaxt “çıxış edəcəyinə” qərar verirdi;
  • Allen – ikiüzlü fırıldaqçı idi. Lakin məhz onun sayəsində Billi və Ko istənilən vəziyyətdən çıxa bilirdi;
  • Tommi elektronikanı çox sevirdi;
  • Denni hər şeydən qorxan 14 yaşlı yeniyetmə idi;
  • Devid bütün ağrılara cavabdeh idi. Digər bütün şəxsiyyətlər deyirdilər ki, bu onun işidir və Billi başını divara vurduqda və yaxud Reycen bir yara aldıqda bütün bu fiziki ağrıları Devid şəkməli idi. Devid isə həqiqətən başa düşmürdü ki, nəyə görə o belə cəzaya layiq görülüb;
  • Kristin 3 yaşlı uşaq idi və onun Kristofer adlı qardaşı da var idi;
  • 19 yaşında olan Adalana isə şeirlər yazır və homoseksual xarakterli idi.

Hələ 70-ci illərdən qarət və təcavüz səbəbindən məhkəmələr Billini tanımağa başlamışdı.  Bu amerikalının tərcümeyi-halına əsasən onda şəxsiyyət bölünməsi 8-9 yaşlarından başlayaraq müşahidə edilmişdi. Oğlan daim təhqir edilir və atalığı tərəfindən döyülürdü. Məhz bu zamandan Billi bir neçə şəxsiyyətlərə bölünməyə başalyır.

Billi Milliqan qarət və üç qadına təcavüz etməsi ilə bağlı təqsirli bilinirdi. Psixiatriya xəstəxanasında belə ayırd edilir ki, qarətləri reycen, təcavüzü isə Adalana törədirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.