15 C
Baku
Friday, March 29, 2024

Biometrik ödəniş həcmi 2017-ci ildə üç qat artacaq – Araşdırma

Banker.az xəbər verir ki, Juniper Research araşdırmasına əsasən, bu il biometrik identifikasiyadan istifadə etməklə həyata keçirilən mobil ödənişlərin həcmi 2 milyard dollara qədər artacaq. Bu göstərici 2016-cı ildə 600 milyon dollardan bir qədər çox idi.

Araşdırmada həmçinin qeyd edilir ki, mobil ödəniş həcminin artımına səbəb olan əsas amillər barmaq izlərini skan edən sensorların əlçatanlığıdır. Juniper Research proqnozuna əsasən, 2017-ci ildə smartfon modellərinin təqribən 60%-i belə ötürücülər ilə təmin ediləcək. Bir çox çinli istehsalçılar nisbətən ucuz telefonları da bu ötürücülər ilə təchiz edəcəklər.

 

Bundan əlavə, hazırda dünyada mobil telefonları alternativ biometrik identifikasiya üsulları ilə təchiz etmək üzərində fəal işlənilir. Məsələn, Mastercard “selfie-ödəniş” kimi məşhur olan Identity Check Mobile təklif edir. Bu xidmət istifadəçilərə nəinki barmaq izini skan etməyə imkan verir, həmçinin selfi vasitəsilə tranzaksiya həyata keçirməyi də dəstəkləyir.

 

Son xəbərlər
Digər xəbərlər