16 C
Baku
Thursday, April 25, 2024

“Bir az daha ucuz olmaz?”

Donald Trump necə düzgün ticarət, alış-veriş etmək barəsində belə demişdi: “İstənilən məhsulu və ya xidməti alarkən qiyməti endirməyə çalışmaqdan utanmayın. Özünüz üçün daha sərfəli razılaşmanı əldə edin. Mən həmiçə məhz belə edirəm, bununla yanaşı dünyanın da ən varlı insanlarından biriyəm. Mən hətta ən bahalı, prestijli mağazalarda belə qiymət endirməyə çalışıram.

İnsanların qiymət kağızında göstərilən məbləği ödədiklərini gördükdə çox əsəbiləşirəm. Mən başqa cür hərəkət edirəm: mağazaya daxil oluram və 10000 dollar dəyərində olan əşyaya 2000 dollar təklif edirəm. Qoy ətrafdakılar belə başa düşsünlər ki, mən özümü pis vəziyyətdə qoyuram. Axı hamı mənim məşhur investor olduğumu bilirlər. Lakin bununla yanaşı hər zaman rədd cavabına hazır olmaq lazımdır. Ümumilikdə isə qənaət etməyə mane olan qürur hissini axmaqlıq hesab edirəm”.

Aşağıda sizə istənilən alış-veriş zamanı endirimə nail olmaq üçün bir neçə məsləhət təqdim edirik:

1. Hər yerdə endirim tələb etmək vərdişinə yiyələnin! Tək bazarda deyil, həmçinin mağaza və nəhəng avtomobil salonlarında da bəxtinizi sınayın. 100 cəhddən birində belə istədiyinizə nail olsanız, iri məbləğli endirimə nail olmaq özünüzə inamınızı artıracaq. Bəli, başlanğıcda çətin olacaq. Lakin daha sonradan hər şey asanlaşacaq…

2. İlk olaraq satıcının etibarını qazanmağı sınayın. Özünüzü nəzakətli aparın. Satıcıya onun professional biri olduğunu hesab etdiyinizi hiss etdirin. Bu ilkin hazırlıqsız çətin ki, nə isə iri həcmli endirimə nail olasınız.

3. Əvvəlcədən çətin söhbətlərə hazır olun. Əhəmiyyətli endirimə nail olmaq – asan iş deyil. Hər zaman rədd cavabına hazır olun.

4. Əgər satıcıya “bazardakı vəziyyətdən” xəbərdar olduğunuzu bəyan etsəniz endirim şanslarınızı artırmış olarsınız. Həmçinin rəqib mağazalardakı qiymət cədvəli haqqında məlumatlı olmaq da sizin xeyrinəzidir.

5. Satıcının sizin ürəyinizcə olan məbləğin hansı olduğunu soruşduğu halda qiymət vərəqindəki qiymətdən xeyli aşağı məbləği səsləndirməkdən qorxmayın. Məsələn 50% aşağı qiymət. Sözsüz ki, bu zaman satıcı heyrətlənəcək. Bunda nə var ki? Özünüzü inamlı və sərbəst aparın.

6. Çalışın əsas danışıqları satıcı ilə deyil, ya mağazanın sahibi, ya da hər hansı səlahiyyətlərə sahib bir şəxs ilə aparın.

7. Əgər hər zaman eyni satıcıdan alış-veriş edirsinizsə ona hər hansı elə-belə, pulsuz xidmət göstərin. Əgər siz bunu etsəniz satıcıdan endirim etməyə tam haqqınız var.

8. Şərtlər sizə sərf etmirsə, hər zaman getməyə hazır olun. Hətta istədiyiniz məhsulu digər mağazadan eyni qiymətə alacağınızı bilsəniz belə. Əgər sizi yadda saxlasalar, ola bilsin gələn dəfə bəxtiniz gətirdi.

9. Satıcıya düşünmək üçün zaman verin. Əgər o uzun müddət susursa demək ki, çək-çevir edir, şərtləri təhlil edir. Əsəbləşməyin. Pul satıcıya sizdən daha çox lazımdır.

10. Ən son ana qədər endirimə nail olduğunuza sevinməyin. Satıcı ilk başda razılaşsa da, son anda fikrindən daşına bilər. Əgər müqavilənin şərtləri qəfil olaraq sizin əksinizə yönəlirsə, imtina edin və gedin!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər