Bir Bitcoinin mayninqinə 20 barrel neft lazımdır

Kriptovalyuta mayninqi sənayesi ildə 22,5 kv saat elektrik enerjisi sərf edir. Bu 13 239 916 barrel neftdir.

Hər 10 dəqiqə ərzində 12,5 Bitcoin əldə edildiyini nəzərə alsaq, 1 Bitcoin valyutasının mayninqi üçün 20 barrel neftin yandırılmasına bərabər şəkildə enerji tələb olunur. Maraqlıdır ki, hazırda 1 Bitcoin 100 barrel neftə bərabərdir.

Banker.az xəbər verir ki, bu hesablamanı Oilprice.com nəşri təqdim edib.

Keçən həftə Bitcoin kriptovalyutasının qiyməti ilk dəfə 6000 dollar həddini keçdi. Düzəlişlərdən sonra məzənnə yenidən artıb və 30 oktyabrda 1 rəqəmsal qəpiyə görə 6067 dollar təşkil edib.