22 C
Baku
Saturday, April 20, 2024

Bir dəqiqəyə MBA: “Çətin günlər başlayır? Qovulmadan özünüz gedin”

X şirkətinin yeni direktoru sələfindən işlərin pis gedəcəyi təqdirdə istifadə olunması üçün üç zərf aldı. Ilk vaxtlarda hər şey çox yaxşı gedirdi və zərflər rəfdə açılmamış şəkildə qalırdı. Lakin sonradan satışlar aşağı düşməyə başladı. Ilk zərf açıldı, məktubda deyilirdi: “Hər şeyi mənim üstümə at!” Şirkətin hazırkı rəhbəri məsləhətə əməl etdi və səriştəsizliklə bağlı bütün şübhələri özündən yayındırdı. Lakin bir müddət keçdikdən sonra problemlər yenidən təkrarlandı. Ikinci zərf də açıldı. “Hər şeyi iqtisadiyyatın üstünə at!” Bu tövsiyə də işə yaradı – belə bir bəhanə səhmdar, analitik və jurnalistləri inandırmağa kifayət etdi. Lakin şirkətin işləri yenidən düz gətirmədikdə, üçüncü zərf bacarıqsız direktora bir şeyi tövsiyə edirdi: otur və üç məktub yaz. 

“Mojo: əgər onu itirmisinizsə, onu necə saxlamaq və qaytarmaq olar” adlı kitabın müəllifi Marşall Qoldsmit bu lətifəni bir neçə dəfə eşidib. Onda həqiqət payı var, o belə hesab edir: uğursuz menecerin şirkəti tərk etməmək üçün bir deyil, iki şansı var. Ən azı əvvəllər belə olub. Lakin hazırda “üç zərf” prinsipi işləmir. “Müasir reallığın əsas çətinliyi “üç zərfə” ayrılmış vaxtın sürətlə azalmasındadır. Hətta şirkət rəhbərliyi səviyyəsində belə təhlükəsizlik kəməri həmişə işə yaramır”, – Qoldsmit düşünür. O, illüziya qurmamağı və şirkətin uğursuzluğa düçar olduğu vaxtda vəzifədən əl çəkməyi məsləhət görür: “Öz eqonuza təslim olmayın, bundan baş çıxarmaq sizin üçün çətin olacaq. Şirkət sizi pis insan kimi göstərməmişdən qabaq yaxşı şərtlər daxilində onu tərk edin”.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər