13 C
Baku
Friday, April 19, 2024

Bir dəqiqəyə MBA: işçilərdən üzr istəyin, bu sizə sadəcə hörmət gətirəcək

Adi psixoloji ticarət –sən özünə üzr istəməyi sığışdırmırsan, mən isə səni bağışlamaq olar ya-ya yox, bu haqda düşünürəm -əslində bu cür düşüncə tərzinin işgüzar konfliktlərin real əsəb gərginliyi ilə qəti əlaqəsi yoxdur, Devid de Krimer özünün Business Strategy Review jurnalı üçün təzə yazdığı Sorry Limited adlı məqaləsində iddia edir.

Adətən səhvə yol vermiş (günaha batmış) insan əfv olunmayacağından və bununla da çalaya düşəcəyindən qorxur (öz simasını itirəcəyini, nüfuzdan düşəcəyini- bunu necə istəsəniz adlandıra bilərsiniz). Amma Kremerin fikrincə, bu qorxular haqlı deyildir və özünü doğrultmur. Müəllif tərəfindən aparılmış araşdırma göstərir ki, insanlar üzrxahlıq eşitməyə meyllidir, onlar hətta bu üzrün mahiyyətini şişirtməyi da xoşlayırlar.

Məsələn, əgər siz heç bir günahı olmayan marketinq mütəxəssisini istehsalın qırılmasında ittiham edərək, onu camaatın gözü önündə alçaldaraq, təhqir etmisinizsə, sizin peşmanlıq etirafınız çox isti qarşılanacaq (təsəvvür edirəm ki, bu sözləri tələffüz etmək ona necə də ağır gəlib, Allah bilir, bütün gecə gözünə yuxu getməyib).

Amma əksər hallarda yüksək vəzifəli məmurlar bunun tamamı ilə əksini düşünür. («Mən üzr istəyərdim, amma onlar buna qiymət qoyan deyillər!») Kremer menecerlərə bir az yumşalmağı və daha tez-tez üzr istəməyi tövsiyə edirlər –axı onlar tərəfindən deyilmiş “bağışla” kəlməsi xətrinə dəyilmiş insanın gözünə olduqca dəyərli görünəcək. Digər tərəfdən isə bu konfliktin inkişafının qarşısını almağın ən sadə və ucuz üsuludur, axı başqa halda söhbət məhkəməyə qədər gedib çıxa bilər. Onda artıq sonrakı peşmanlıq fayda verməyəcək.

Son xəbərlər
Digər xəbərlər