15 C
Baku
Thursday, March 28, 2024

Bir gündə əmanətçilərə 10 milyon manata yaxın kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu sentyabrın 28-də,

  • “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 570 min manat,
  • “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 49 milyon 004 min manat,
  • “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 181min manat və
  • “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 772 min manatdan artıq kompensasiya ödəyib.

Fonddan verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 101 milyon 527 min manatdan artıq kompensasiya ödənilib.

Həmin tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 282 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 699 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 14 milyon 981 min manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa, həmin gün “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 878 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 894 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 261 milyon 402 min manatdan artıq kompensasiya ödənilib.

Lent.az

Son xəbərlər
Digər xəbərlər