8 C
Baku
Tuesday, March 19, 2024

Bir gündə iki dəfə cekpot qazandı

Şimali Karolina ştatından Mişel Şuffler adlı qadın bir gün ərzində iki dəfə cekpot uduşunu qazanıb. Banker.az xəbər verir ki, ümumi uduş məbləği milyon dolları üstələyir.

Qalibin sözlərinə görə, ilk bilet təsadüfən alınıb. “Yoldaşımın bir qədər nağd pulu var idi və o, son anda lotereya bileti almağa qərar verdi” – deyə Mişel danışır. Biletin üzərində qoruyucu təbəqəni silən qadın 10 min dollar qazandığını aşkar edir.

Bir neçə saatdan sonra Şuffler və həyat yoldaşı daha bir lotereya bileti almağa qərar verir, lakin bu dəfə başqa köşkdən. Uğur onları burada da gözləyirdi. İkinci uduş isə 1 milyon dollar təşkil edir. Qalibin özü bu baş verənləri möcüzə adlandırıb.

Bütün uduş məbləğini dərhal əldə etmək əvəzinə, qadın 20 il ərzində ödəniş qəbul etməyə qərar verib. Onlar qazandıqları bu pulları övladlarının universitet təhsilinə sərf etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər