14 C
Baku
Saturday, April 27, 2024

“Bir insana bank ver və o hamını qarət edə biləcək!”

Qəsəbələrin birində iki qarətçi banka daxil olur. Onlardan biri bankın girişində ucadan qışqırır: “Tərpənməyin! Pullar banka, həyat isə sizə məxsusdur!”

Bankdakı bütün insanlar cəld bir şəkildə yerə uzanır

Bu terminin dünyanı qəbul etməyimizi necə dəyişdiyinə bir nümunədir.

Bir qadın təhrikedici formada stola uzandıqda qarətçi deyir: Bu təcavüz yox, qarətdir. Özünüzü sivil qaydada aparın!”

Bu bir professionalın özünü necə aparmalı olduğuna bir nümunədir, yəni məqsədə köklənmək.

Qarətçilər soyğun yerindən uzaqlaşdıqda onlardan ən gənci (o akademik dərəcəsinə sahib idi) ən yaşlı qarətçiyə dedi (o isə ibtidai məktəbi çətinliklə bitirmişdi): “Bəlkə pulları sayaq?”

Yaşlı əsəbi halda dedi: “Axmaq olma, burda saymaq üçün həddindən artıq çox pul var.

Xəbərlərdə bankın nə qədər itirdiyini elan edəcəklər, oradan öyrənərik”.

Bu təcrübə adlanır – müasir günümüzdə təcrübə ən yüksək pillədədir.

Qarətçilər getdikdən sonra bank direktoru müsahibdən polisə zəng etməsini tələb edir. Mühasib cavab verir: “Gəl keçən ay özümüzün oğurladığımız 5 milyon dolları da qarətçilər tərəfindən oğurlanan məbləğə əlavə edək və deyək ki, onlar da oğurlanıb”.

Bu – istənilən imkandan istifadə etmək adlanır.

Səhəri gün xəbərlərdə bankın 100 milyon dollar itirdiyi elan edilir. Qarətçilər isə sahib olduqları pulları saydıqda yalnızca 20 milyon dollar aşkar edirlər. Bu zaman qarətçilər deyinməyə başlayır: “Biz həyatımızı riskə ataraq cəmi 20 milyon dollar oğurladığımız halda, bank rəhbərliyi gözünü qırpmadan belə 80 milyon dollar oğurlayıb. Gərək qarətçi olmaq əvəzinə bank sisteminin necə işlədiyini öyrənəydik”.

Bu bilik – gücdür – adlanır!

Bank direktoru yaranmış vəziyyətdən çox məmnun idi, xüsusi olaraq da birja itkilərinin bank qarəti ilə ört-basdır edildiyinə görə.

Bu riskdən qorxmamaq adlanır.

Bir insana silah ver və o bank qarət edə biləcək.

Bir insana bank ver və o hamını qarət edə biləcək!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər