23 C
Baku
Tuesday, April 23, 2024

Bir neçə ölkənin bankları xaker hücumuna görə milyonlar itirib

TrustWave 2017-ci ilin əvvəlində postsovet ölkələrinin banklarına edilən xaker hücumlarını əhatə edən hesabat təqdim edib.

Banker.az xəbər verir ki, sözügedən bu hücumlar zamanı debet kartlarından milyon dollar həcmində pul vəsaitləri ələ keçirilib. Bu hücumlar saxta bank hesabları və zərərli proqramlardan istifadə olunmaqla həyata keçirilib.

Xakerlər ilk öncə bank sistemlərinə giriş əldə etməyə, bunun ardınca isə, tam boş və demək olar ki, boş hesablardan minlərlə dollar çıxarmaq üçün digər ölkələrdə avtomatik bank maşınlarından istifadə etməyə nail olublar.

Kibercinayətkarlar zərərli proqramların yayılması üçün isə bank əməkdaşlarını zərər ilə üz-üzə qoymuş fişinq kampaniyalardan istifadə edib. Həmçinin bu zərərli proqramlardan daha geniş bank şəbəkələrinə giriş əldə etmək üçün istifadə olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər