18 C
Baku
Thursday, April 25, 2024

Bir vaxtlar uğursuz olan insanların uğurları

Müəllif: Yeganə Məmmədova, Azərbaycan Jurnalıstlər Birliyinin üzvü

İşdə uğur qazana bilmirsiniz? Düşünürsünüz ki, dünyanın axırıdır…

Aşağıdakı siyahıdan tanış olacağınız insanlar da nə vaxtsa çox şanssız olmuşlar. Bəlkə də bu uğursuzluqlar uğura gedən yolun dayanacağı olmuşdur. Bu yazıda kino ulduzlarından tutmuş alimlərə qədər həyatlarında böyük uğursuzluqlardan təslim olmamış və uğur qazanmış insanlarla tanış olacaqsınız. Və əgər zirvələrin fəth edilməsini mümkünsüz hesab edirsinizsə, bu insanları siz də tanıyın. Tanıyın və heç vaxt təslim olmayın!

Uinston Çörçill

Çörçilli altıncı sinifdən yeddinci sinfə keçirməmişdilər. Cavanlıqda cəhd etdiyi heç bir siyasi vəzifəyə yaxın düşə bilməmişdi. 62 yaşında isə Britaniyanın baş naziri olmuşdur.

Stiven Spilberq

Spilberq düz üç dəfə arzusunda olduğu Cənubi Kaliforniya Universitetinə daxil ola bilməmişdi. O, təhsilini başqa ali məktəblərdə davam etməyə başlamış, lakin rejissor olmaq üçün onları da atmışdı. Nəticə – indi hamının heyranlıqla tamaşaçısı olduğu gözəl filmlərdir.

Çarli Çaplin

Menecerlər Çaplinin ilk çıxışlarını bəyənməmişdilər. Onlar belə fikirləşirdilər ki, gənc aktyorun çıxışlarını kütlə başa düşməyəcək. Lakin Çarli təslim olmadı, özünü dönə-dönə göstərdi və məqsədinə nail oldu: Çarli Çaplin adı Amerikanın kino tarixinə ulduz kimi düşdü.

Merilin Monro

Monro ilə bağlanmış ilk kontrakt bağlansa da, tezliklə ləğv edilmişdi. Prodüserlər ona demişdi ki, aktrisa olmaq üçün kifayət qədər gözəl və istedadlı deyil. Merilin gecə-gündüz çalışır, filmlərdə rol almağa can atırdı və sonda Hollivudun əfsanəvi personajlarından birinə çevrildi.

Soiçiro Honda

Honda Toyota şirkətində adi mühəndis kimi işə düzələ bilməmiş, illərlə işsiz qalmışdı. Sonradan motosikllər yığmağa başlamış, öz biznesini qurmuşdu. İndi Soiçiro Honda dünyanın ən şanslı milyarderləri sırasındadır.

Vera Lonq

Vera ABŞ-ın fiqurlu konkisürmə üzrə olimpiya yığmasına düşə bilməmişdi. Sonra məşhur “Vogue” moda jurnalında redaktor işləmiş, baş redaktor vəzifəsinə iddialı olsa da, məqsədinə nail ola bilməmişdi. 40 yaşında isə gəlinlik paltarları üzrə dizayner işləməyə başlamışdı. Bu gün Vera Lonq bu sahədə qabaqcıl dizaynerlerdən biridir.

Uolt Disney

İşlədiyi qəzetin baş redaktoru Disneyi “istedadsız və yaxşı ideyalardan məhrum” kimi işdən çıxartmışdı. Gənc Uolt bir neçə şirkət yaratsa da, hamısı uğursuzluqla nəticələnmişdi. Sonra o “Ağbəniz” multiplikasiya filmini çəkdi. Bu gün uşaqların çoxu Uolt Disney ideyalarının təsiri altında böyüyür.

Albert Eynşteyn

Eynşteyn gec dil açmış, 4 yaşında danışmağa, 7 yaşında isə yazmağa başlamışdı.

Müəllimlər onu “ləng və ağıldan kəm” hesab edirdilər. Bəlkə də Eynşteynin ağlı kəm yox, xüsusi imiş ki, bunu ona fizika üzrə layiq görüldüyü Nobel mükafatı təsdiq edir.

Çarlz Darvin

Darvini orta səviyyəli şagirdlərdən hesab edirdilər. O, tibb üzrə hazırlaşsa da, son anda bu qərarından dönüb ruhani məktəbinə üz tutdu. Lakin təbiəti öyrənən Darvin özünü burada tapdı.

İsaak Nyuton

Ser İsaak Nyutona ailə fermasını idarə etməyi tapşırmışdılar, lakin o, bu işi bacarmamışdı. Evdə heç bir işə yaramayan İsaakı Kembric Universitetinə göndərmişlər. Nyuton universiteti artıq istedadlı fizik kimi bitirmişdi.

Dik Çeyni

Çeyni Yel Universitetindən iki dəfə qovulmuşdur. Corc Buş bir dəfə onunla zarafat edərək demişdi: “İndi biz bilirik: sən Yel Universitetini bitirsən prezident, qovilsan – vitse-prezident olacaqsan”.

Fred Aster

Sınaq çəkilişlərinin yekunlarına görə onun haqqında deyilən sözlər belə idi: “Oynaya bilmir, oxuya bilmir. Azca keçəlliyi var, rəqsi az-maz bacarır…” Sonradan Aster Amerika qadınlarının qəlblərini fəth edərək çox gözəl rəqqas oldu.

Sidni Puatye

Ilk sınaq çəkilişindən sonra ona demişdilər ki, vaxtını itirmədən gedib restoranlardan birində qab yusun…”. O isə təslim olmadı. Hazırda Oskar mükafatının sahibidir və bir çox aktyorlar ona həsəd aparır.

Opra Uinfri

Opranı televiziyadan ilk verilişindən sonra sözün əsl mənasında qovmuşdular: rəhbərlik belə qərar vermişdi ki, onun görünüşü efir üçün deyil. Uinfri isə təslim olmadı, işini davam etdirdi. Nəticədə nəinki tok-şoular kraliçası, həm də milyarder oldu.

Vinsent Van Qoq

Van Qoq çəkdiyi şəkillərdən yalnız birini sata bilmişdi, onu da yaxın dostu almışdı. Bəzən şəkil çəkməyi (800-dən artıq) davam etmək üçün günlərlə ac qalırdı. Van Qoqun yaratdığı əsərlər bu gün qiymətsizdir.

Doktor Syuss

Doktor Syuss birinci kitabını 27 mətbəəyə çapa vermiş, hamısından da rədd cavabı almışdı. Bu gün Syuss ən populyar uşaq kitablarının müəllifidir.

Henri Ford

Henri Fordun ilk avtomobil şirkəti müflisləşmişdi. İkincisini isə tərəfdaşları ilə mübahisə üzündən atmalı olmuşdu. Üçüncü şirkət isə satışlardan mənfəət götürə bilmədi. Ford təslim olmadı və bu gün o, Amerikanın ən uğurlu sahibkarlarından biridir.

C.K.Roulinq

C,K,Roulinq ərindən boşananda işsiz idi, qızını sosial müavinətlə saxlayırdı. O, həm də Harri Potter haqqında romanı təzəcə yazmağa başlamışdı. Bu gün o, kitablarından milyardlar qazanan birinci müəllifdir.

Stiven Kinq

Kinqin ilk romanı – “Kerri” onu elə peşman etmişdi ki, çap olunmamış əlyazmaları zibilliyə tullamışdı. Kinqin həyat yoldaşı əlyazmaları zibillikdən yığmış və saxlamışdı. Bu günə qədər Stiven Kinqin 49 romanı 350 milyon tirajla bütün dünyada oxunur.

Tomas Edison

Müəllimləri deyirdilər ki, Tomas bir şeyi qavramaq iqtidarında belə deyil. O, indiki elektrik lampasının hazırkı variantını almaq üçün min elektrik lampası hazırlamışdı.

Harland Devid Sanders

KFC-nin rəmzi kimi qəbul edilən Sanders biz zaman öz cücələrini sata bilmirdi. Mindən artıq restorandan rədd cavabı aldıqdan sonra nəhayət, bir restoran onun cücələrini qəbul etmiş, bundan sonra dünya üzrə səpələnmiş bütün KFC restoranlarının reklamlarında onun şəkilləri görünməyə başlamışdır.

R.H.Meysi

R.H.Meysi biznesdə, o cümlədən Nyu-Yorkda açdığı mağazadakı fəaliyyətindəki uğursuzluqlardan bezmişdi. Lakin o, təslim olmadı və bunun bəhrəsini daddı. Hazırda onun Nyu-Yorkda açdığı Mayis univermağı dünyada ən böyük mağazalardan sayılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər