8 C
Baku
Friday, March 29, 2024

Birjalarda Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti düşüb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:40 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 51 sent, yəni, 0.68% ucuzlaşaraq 74.51$-a təklif olunub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 23 sent, yəni, 0.34% azalaraq 67.87$-da qərarlaşıb.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-na azalaraq 75,71 dollar/barel təşkil edib.

Son xəbərlər
Digər xəbərlər